İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
"Teatrda əsasən o adamlar qalır ki, onların adı hər bir zaman teatr aləmində çəkilir. Mirmahmud Kazımovski məhz belə insanlardandır" - Görkəmli sənətşünas Cəfər Cəfərov belə söyləmişdi.
Mirmahmud Kazımovski 27 fevral 1882-ci ildə Bakının Bilgəh kəndində anadan olub. İlk təhsil illərini Hüseyn Ərəblinski ilə birlikdə alan Mirmahmud sonralar onunla möhkəm dost olublar. Hələ məktəbdə oxuyarkən onlar dram dərnəklərində fəaliyyət göstərib, bir sıra epizodik rollarda çıxış ediblər.
Sonralar Mirmahmud Kazımovski peşəkar artist kimi tanınmağa başlayıb. O, Qoqolun "Müfəttiş"ində Filippoviç, Nəcəf bəy Vəzirovun "Pəhləvani Zəmanə" əsərində Cahangir bəy, Şəmsəddin Saminin "Gavə" əsərində zabit və kəndli rollarında, "Müsibəti-Fəxrəddin" əsərində Əhməd rolunda, eyni zamanda bir sıra Qərbi Avropa dramaturqlarının əsərlərində uğurla çıxış edib. Bu əsərlərin içərisində Uilyam Şekspirin "Otello" faciəsi xüsusi yer tutub.
Mirmahmud Kazımovskinin ən böyük uğurlarından biri də Azərbaycanda qadınların teatr səhnəsinə hələ qalxmadıqları bir dövrdə qadın rollarını gözəl ifa etməsi olub. O, Leylinin anası, eyni zamanda altıncı və yeddinci ərəb rollarında çıxış edib.
Tezliklə Mirmahmud özü də xırda teatr əsərləri yazmağa başlayıb, ilmlərdə də çəkilibdir.
Əsərləri
- Nə qanır, nə qandırır (məzhəkə bir pərdədə)
- Daşım-daşım (bir pərdəli məzhəkə)
- Molla Cəbi (operetta 4 pərdədə)
- Vurhavur (operetta 3 pərdədə)
Filmoqrafiya
1. Neft və milyonlar səltənətində
2. Bismillah
3. Bakılılar
4. Kəndlilər
5. Sovqat
Azərbaycan SSR əməkdar artisti Mirmahmud Kazımovski 1 dekabr 1942-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.02.2026)


