Azərbaycan Kinematoqrafçılar İttifaqı "Üç faciə, bir ağrı” tammetralı sənədli filminin premyerasını təşkil edir.
CBC Teleradio şirkətinin istehsalı olan film Xocalı soyqırımına həsr olunub. Filmin ssenari müəllifi Gülzar Mustafayeva, quruluşçu rejissoru Məzahir Həşimov, prodüseri Qiyas Abasovdur.
Müddəti: 95 dəqiqədir.
“Ədəbiyyat və incəsənət” portal xəbər verir ki, filmin premyerası 24 fevral, saat 19:00-da Nizami Kino Mərkəzinin böyük zalında keçiriləcək.
Giriş sərbəstdir.
“Ədəbiyyat və incəsənət”
(23.02.2026)


