Rəşad Əzizov: Ölkəmizdə film çəkən şirkətlərin sayı 20-yə çatıb

 

Kinematoqrafiya sahəsində institusionallaşdırma və fəaliyyətin səmərəliliyinin artırılması diqqət mərkəzindədir.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, bu sözləri Mədəniyyət Nazirliyi yanında Azərbaycan Respublikası Kino Agentliyinin direktoru Rəşad Əzizov nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında deyib.

Direktorun sözlərinə görə, qarşıda duran əsas vəzifələrdən biri də Azərbaycanın kino çəkilişi məkanı kimi populyarlığını artırmaq, bu sahədə yeni əməkdaşlıq əlaqələrinin qurulmasıdır. "Artıq ölkəmizdə film çəkən şirkətlərin sayı 20-yə çatıb. Biz bu istiqamətdə fəaliyyətimizi davam etdiririk", - deyə R.Əzizov bildirib.

ARKA-nın direktoru hesabat məruzəsində qurumun layihələri, yeni hədəfləri barədə ətraflı məlumat verib.

 

Ədəbiyyat və incəsənət”

(12.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.