Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Omanda “Toska” tamaşasının premyerası

 

Yanvarın 31-də Oman Sultanlığının paytaxtı Maskat şəhərində yerləşən Kral Opera Teatrının səhnəsində dünyaşöhrətli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının premyerası olub.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin təqdimatında nümayiş olunan tamaşanı mədəniyyət naziri Adil Kərimli və Oman teatrının rəhbərliyi də izləyib.

Bu barədə “Ədəbiyyat və incəsənət”

portalı Mədəniyyət Nazirliyinə istinadən məlumat verir.

Bildirilir ki, tamaşa əsas partiyadan Mario Kavaradossi rolunu tanınmış tenor, Azərbaycanın Xalq artisti Yusif Eyvazovun canlandırdığı səhnə əsəri böyük maraqla qarşılanıb.

Qeyd edək ki, səhnə əsəri Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri və xorunun müşayiəti ilə təqdim edilib.

Azərbaycan kollektivinin Kral Opera Teatrı kimi məşhur sənət ocağında çıxışı musiqi mədəniyyətimizin beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hadisədir.

 

“Ədəbiyyat və incəsənət”

(02.02.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.