İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, filmlərə baxanda bəlkə də heç subtitrlərdə filmin direktrunun adını oxumur. Rejissor, ssenari müəllifi, aktyorlrın adları, uzağı, bir də operator və bəstəkar… Direktor isə maraq doğurmur. Halbuki, bu adamın ərsəyə gələn hər filmdə gərgin əməyi olur. İndi sizə onlardan biri barədə danışacağam.
Azərbaycanın tanınan kino xadimi, uzun illər "Azərbaycanfilm" kinostudiyasında film direktoru vəzifəsində çalışan Rimma Abdullayeva.
O, 24 oktyabr 1931-ci ildə Ağdamda anadan olub. 1953-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirdikdən sonra "Mosfilm" kinostudiyasında film direktoru ixtisası üzrə ali kurslarda təhsil alıb.
"Bir cənub şəhərində", "Qətldən sonra yeddi gün", "Yol əhvalatı", "Qaladan tapılan mücrü", "Qəm pəncərəsi", "Avqust gələndə", Sahilsiz gecə və digər ekran əsərlərində film direktoru işləyib, Azərbaycanın görkəmli kino xadimləri ilə çiyin-çiyinə çalışıb, bu gün də sevilərək izlənilən filmlərin ərsəyə gəlməsində yaxından iştirak edib.
Filmoqrafiya
- Abşeron ritmləri — rol: direktor
- Avqust gələndə
- Bir axşam...
- Bir cənub şəhərində
- Dantenin yubileyi
- Ən vacib müsahibə
- İmtahan
- Qaladan tapılan mücrü
- Qəm pəncərəsi
- Qətldən yeddi gün sonra
- Ötən ilin son gecəsi
- Sahilsiz gecə
- Sumqayıtın əks-sədası
- Ürək... Ürək...
Baxın, sıralanmada çox məşhur filmlər var. Çəkiliş təmin etmək, pavilyom hazırlığı, nəqliyyat, aktyorların iştirakının təminatı, müəyyən çəkiliş icazələri, quraşdırılmış səhnələrin çəkilməsi öhtəliyi, hər bir xırdalıq, detal Rimma xanımın üzərinə düşüb. Və əgər o, işinin öhtəsindən layiqincə gəlməsəydi o məşhur filmlər də yaranmazdı.
Bəli, Rimma Abdullayeva "Azərbaycanfilm"də ekranlaşdırılan ən məşhur, yaddaqalan filmlərin direktoru olub.
O, 27 yanvar 2017-ci ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.01.2026)


