İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli, onda 17-ci il idi. Kinoda və teatrda yeni rolları olacaqdı, yarımçıq işləri də vardı. Bəzən yaşın fərqində olmursan. Düşünürsən, hələ sona çox var. Sabaha planlar qururdu. Amma yolu qırıldı. 17-dəcə qırıldı...
Təvəkkül Əliyev 1973-cü ildə İncəsənət İnistitutunun kino və dram aktyorluğu fakültəsini bitirdikdən sonra N. B. Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. T. Əliyevin Lənkəran teatrının səhnəsində oynadığı ilk rol M. İbrahimovun "Yaxşı adam" pyesindəki Azər obrazı olub.
Daha sonra o, N. Xəzrinin "Sən yanmasan", İ. Əfəndiyevin "Mahnı dağlarda qaldı", N. Hikmətin "Bayramın birinci günü", H. Cavidin "Topal Teymur", S. Vurğunun "Fərhad və Şirin", Ə. Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" və onlarla digər əsərlərdə Eldar, Nicat, Şadi bəy, Xirin, Alman zabiti, Rəşad, Sillerqut, İldırım Bəyazid, Fərhad, Mirzəqulu xan, Əjdər kimi yadda qalan obrazlar yaradıb.
Filmoqrafiya
- Yanmış körpülər (film, 2007)
- Cavad xan (film, 2009)
- 100 kağız (film, 2015)
- Bağışla, gələ bilmədim (film, 2015)
- Xəstə oruc (film, 2016)
- Məni iri planda çəkmə (2017)
O, səhnə fəaliyyəti ilə yanaşı rayonda keçirilən mədəni-kütləvi tədbirlərin təşkilində də yaxından iştirak edib. Azərbaycan Respublikasının Əməkdar Artisti Təvəkkül Əliyev 25 iyun 2013-cü ildə "Tərəqqi" medalı ilə təltif edilib. 23 yanvar 2017-ci ildə qəflətən ürək tutmasından vəfat edib. Mərhum aktyor Bakıda Zabrat qəbiristanlığında dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(23.01.2026)


