Kütlə “My name is İntiqam”ı sevirsə… Featured

 

Bölgə aktyorları.

Diqqətdən və reklamdan uzaqdırlar.

Serial aktyorları.

Diqqət mərkəzinəddirlər və daim gündəmdədirlər.

Bəzən aktyor bu iki ampluada birdən olur. Elə Niftulla Əsgərov kimi. Bölgə onu tanıda bilməzdi. Amma komediya, teleseriallar tanıtdı...

 

Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb. Teatrda S. M. Qənizadənin "Xor-xor" əsərində Seyfulla, İ. Məlikzadənin "Gəl qohum olaq"ında Camal, H. Abbaszadənin "Həzi Aslanov"unda Bekişvilli, Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən"ində Atamoğlan əmi və s. obrazlara səhnə həyatı verib.

Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.

2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub. 2018-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb

2024-cü il yanvar ayının 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Lənkəranın Girdəni kəndinin qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.