İnci Məmmədzadə,, “Ədəbiyyat və incəsənət”
“Bəyin oğurlanması”nda da, “Yuxu”da da oxşar ampluadadır, amma “Qara Volqa”da tam fərqlidir. O, kino uğurlarını tüatr uğurları ilə zənginləşdirib, 100-dən çox tamaşada çəkilib...
Ötən gün Azərbaycanın Əməkdar artisti Nəsibə Eldarovanın doğum günü idi. Aktrisanın 67 yaşı tamam oldu.
Nəsibə Eldarova 15 yanvar 1959-cu ildə Bakının Bülbülə qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olub və 2 il Rza Təhmasibin kursunda (sonralar Nəsir Sadıqzadənin kursunda) təhsil alıb. Bir müddət ali məktəbdən uzaqlaşsa da, sonradan universitetə bərpa olunub.
İnstitutu bitirdikdən sonra kinostudiyada fəaliyyətə başlayıb. 1989-cu ildə Gənclər Teatrının yaranmasından sonra aktrisa həmin teatra işə düzəlib və orada 20 il müddətində 100-dən çox tamaşada çalışıb.
2009-cu ildə verilən qərara əsasən, Dövlət Gənclər Teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirildikdən sonra aktrisa burada işə başlayıb.
Nəsibə Eldarova Azərbaycan teatrının inkişafındakı xidmətlərinə görə 7 mart 2014-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb.
Filmoqrafiya
- Arşınmalçı (film, 1985)
- Bəyin oğurlanması (film, 1985)
- 777 №-li müəssisədə (film, 1988) (qısametrajlı bədii süjet-Mozalan № 129)
- Yeni iş üsulu (film, 1989)
- Kommersiya (film, 1992)
- Qara "Volqa" (film, 1994)
- Yuxu (film, 2001)
- Bomba (film, 2005)
- Kişiləri qoruyun (film, 2006)
- Ci-Mi (film, 2008)
“Ədəbiyyat və incəsənət”
(16.01.2026)


