İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Tofiq Kazımov çox haqsızlıq görmüşdü. Başqalarının sakit baxdığı bəzi məsələlərə o dözə bilmir, etirazını bildirirdi. Cəmiyyətdə gördüyü haqsızlıqlarla barışmazlığını tamaşalarında göstərirdi. Onun hər tamaşasında haqsızlığa qarşı üsyan vardı. Tofiq Kazımov bəzən onu düşündürən, narahat edən fikirlərinə həmdəm də tapmırdı. O, haqq carçısı idi”- Xalq artisti Fuad Poladov
Əhməd Tofiq Kazımov14 yanvar 1923-cü il Bakıda şair Səmədmənsur Kazımovun və Yaxşı xanımın ailəsində doğulub. Dörd yaşı olanda atası dünyasını dəyişib. Atasından sonra heç kim onu Əhməd Tofiq adı ilə çağırmayıb, eləcə Tofiq deyiblər. Anası Yaxşı xanım ərinin əvvəlki həyat yoldaşından olan iki uşağını və öz uşaqlarını tək böyüdüb.
Müharibə illərində çoxlu qır-qızılı olan bir nəfər tutulacağını bildiyi üçün Tofiqgilin qapısının yanından keçəndə bir bağlama qızılı onların həyətindən içəri atıb. Tofiqin anası bağlamanı götürsə də müharibə bitənə qədər həmin əşyalara toxunmayıb. Sonradan həmin adam onlara gəlib və ailə bağlamanı olduğu kimi ona qaytarıblar.
Kulis.az saytı yazır ki, Tofiqin uşaqlığı çətin dövrə, bolşeviklərin öz hakimiyyətini möhkəmləndirdiyi dövrə düşüb. Odur ki, anası Tofiqi həyətdən kənara buraxmır, gözündən qoymayıb. Zaman ötdükcə həmin həyət Tofiqin səhnəsinə çevrilib. Bəzilərinin quş uçurdub, ənzəli oynadıqları həyətdə Tofiq beş, altı uşağı başına yığaraq, kiçik səhnəciklər hazırlayıb, evdə anasının döşəkağlarından, örpəklərindən istifadə edib.l. Həmin uşaqların içərisində gələcəyin görkəmli şəxsiyyətlərindən birinə çevriləcək Mehdi Məmmədov da olub.
O, yeddiillik təhsilini aldıqdan sonra teatr məktəbini bitirib. Böyük Vətən müharibəsində iştirak edib. Döyüşlərdə yaralanaraq 1943-cü ildə qayıdıb və Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. Əyyub Abbasovun "Məlik Məmməd", Abdulla Şaiqin "Ana" dramlarının tamaşalarında Bulud və Əmrah rollarını oynayıb.
Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması onun adı ilə bağlıdır. O, görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri (məsələn, "Nicat", "Səfa") teatr truppalarının rəhbərlərindən olub.
Tofiq Kazımov 1951–1952-ci illərdə Moskvada ali rejissorluq təhsili alıb. Sağlam yenilik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının "Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" və s. əsərləri tamaşaya hazırlayıb.
Yaradıcılıq üslubunda dönüş kimi qiymətləndirilən "Sən həmişə mənimləsən" ilə Milli Dram Teatrında lirik-psixoloji janrın bünövrəsi qoyulub "Sən həmişə mənimləsən"dən sonra "Yalan" (1965), "Ölülər" (1966), "Sənsiz" (1967), "Hamlet" (1968) kimi dolğun tamaşalar Azərbaycan səhnəsini rövnəqləndirib.
Rejissor işi bütövlükdə realist monumentallığı və fəlsəfi dərinliyə geniş meydan açması ilə səciyyələnən Mehdi Məmmədovun Milli Dram Teatrında quruluş verdiyi ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub.
Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar", Lope de Veqanın "Rəqs müəllimi", Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi", Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.
1945–1951-ci illərdə Moskvada Ümumittifaq Teatr Sənəti İnstitutunda rejissor təhsili alıb. Tələbə ikən Ağdam Dövlət Dram Teatrında Həsən Qasımovun "Kür sahilində" pyesini tamaşaya hazırlayıb. 1951-ci ildə Akademik Milli Dram Teatrında diplom tamaşası kimi Hüseyn Muxtarovun "Ailə namusu" ("Allanın ailəsi") pyesinə səhnə quruluşu verib. 1952-ci il aprelin 25-də Gənc Tamaşaçılar Teatrına baş rejissor göndərilib, ancaq burada tamaşa hazırlamayıb.
Elə həmin il oktyabrın 1-də Akademik teatra rejissor götürülüb. 1964-cü il martın 16-da bu teatra baş rejissor təyin olunub. 1958-ci ildə kinostudiyaya işə qəbul olunaraq "Azərbaycanfilm"də çəkilən "Səhər" kinolentində ikinci rejissor kimi çalışıb. Elə həmin il rus dram teatrında Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesini tamaşaya hazırlayıb. 1960-cı ildə kinostudiyadan çıxaraq yenidən Akademik teatra quruluşçu rejissor götürülüb.
Tofiq Kazımov 1960-cı ildə Musiqili Komediya Teatrında Tofiq Quliyevin "Qızıl axtaranlar" (dramaturq: Həsən Seyidbəyli) operettasma quruluş verib. Naxçıvan teatrında Məmmədəli Tarverdiyevin "Kölgəli dağ" (1964), Quba teatrında Rza Şahvələdin "Qız qalası" (1961), Şıxəli Qurbanovun "Əcəb işə düşdük" (1963), Gəncə teatrında Altay Məmmədovun "Yadındamı" (1969) dramlarına quruluş verib.
Tofiq Kazımov uzun illər teatr institutunda aktyor və rejissor sənətindən dərs deyib. Xalq artistləri Ağasadıq Gəraybəyli, Məmmədəli Vəlixanlı, Kazım Ziya, Əliağa Ağayev (Zəfər Nemətovla birgə), İsmayıl Osmanlı barədə monoqrafiyalar yazıb. "Çağırış", "İşıqlı yollarda", "Şəfəq", "Qoçaq Polad" və digər pyeslərin müəllifidir. Mətbuatda teatr sənətinə, müxtəlif tamaşalara aid resenziya və məqalələrlə çıxış edib.
Baş rejissor kimi Akademik teatrda Vilyam Şekspirin "Antoni və Kleopatra" (1964), "Hamlet" (1968), "Fırtına" (1974), İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" (1964), "Unuda bilmirəm" (1968), "Məhv olmuş gündəliklər" (1969), "Bağlardan gələn səs" (1975), Cəlil Məmmədquluzadənin "Ölülər" (1966), Şıxəli Qurbanovun "Sənsiz" (1967), Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu" (1969), Branislav Nuşiçin "Nazirin xanımı" (1970), Sabit Rəhmanın "Yalan" (1965) pyeslərini tamaşaya hazırlayıb.
Mükafatları
- "İgidliyə görə" medalı
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı ("Antoni və Kleopatra" (Uilyam Şekspir) tamaşasına görə)
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
Tofiq Kazımov 1980-ci il avqust ayının 2-də avtomobil qəzasında həlak olub. Bakıda II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra onun gizli kitabçasını tapıblar. Tofiq Kazımov ora sanki öz həyatını əks etdirən bu sözləri yazıb: “İstedad tənhalığa məhkumdur”
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(14.01.2026)


