İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün "Bozbaş pictures" TV proqramında canlandırdığı Fəlakət obrazı ilə məşhurlaşan Elşən Orucovun doğum günüdür.
Əslən Füzuli rayonundan olan Elşən Orucov 1985-ci il yanvarın 14-də Bakı şəhərində dünyaya gəlib. ADMİU-nun Teatr və kino aktyorluğu fakültəsini bitirib. 2005-ci ildən Azad Azərbaycan TV-nin əməkdaşıdır. "Bozbash Pictures"də yaratdığı Fəlakət obrazının "Əla, əla", "Onu maa neçiyə verərsən?" ifadələri hər kəsin dilindədir. Düzdür, etiraf edək ki, bir qədər dayaz gülüşdür, buna yumor demək də olmur, bununla belə, kütlə üçün "Bozbash Pictures" dönəmi gülüşün kulminasiya dönəmi olubdur, danmaq mümkün də deyil bunu.
Elşən Orucov ATV telekanalında gedən Bozbash Pictures verlişində 2011-ci ildən etibarən Daşqınov Fəlakət Sunami oğlu rolunda çıxış etməyə başlayıb. Daha sonra həmin verlişdə Şəmi (İlkin Həsəni) və Şöşü (Ramil Babayev) obrazlarından daha çox populyarlıq qazanmağa başlayıb. Beləliklə, tez bir zamanda həm internet üzərindən həm də televiziyada fenomenə çevrilib.
Fəlakət obrazında ifadə edilən sözlərin hamısı Elşən Orucova məxsusdur. Bundan əvvəl, Elşən Orucov layihəyə yeni başlayanda 2011-ci ildə türk obrazını canlandırıb. İki il bu şəkildə davam edib. Ondan sonra mədəni insan obrazını canlandırıb. Sonra müəyyən səbəblərdən, obraz dəyişdirilib.
Fəlakət iki il adsız olub. Bu ad İlkin Həsənli tərəfindən verilib. 2013-cü ildə çəkilişlərin birində İlkin Şəmi obrazını yaradarkən təsadüfən Elşən Orucova Fəlakət dedi və o gündən etibarən obraz Fəlakət adlanıb. Lakin ondan öncə Fəlakətə "Əla, Əla" deyiblər.
2018-ci ildə öz yaratdığı obrazını, milyonlara sevdirən aktyor Elşən Orucovun təqdimatında "Fəlakət" Bədii Filmi tamaşaçılara təqdim olunub. 2018-ci ildə aktyor "Tayson" filminə dəvət alıb və həmin filmdə ciddi obrazı canlandırıb.
2019-cu ildə "Fəlidən doğru xəbər" adlanan verilişi ilə YouTube-da fəaliyyətə başlayıb, sonradan "Fəlidən doğru xəbər"in növbəti yayımları 2020-ci ildə Xəzər TV kanalında yayımlanmağa başlayıb
TV layihələri
- Bozbash Pictures (2011–2019)
- Ay brilliant (film, 2015)
- Axırıncı yol (film, 2016)
- Stalinin başı (film, 2017)
- Palata 106 (film, 2016)
- Bir xalanın sirri (film, 2018)
- "Fəlakət" (film, 2018)
- "Tayson" (film, 2018)
- Bombaltı (film, 2019)
- "Fəlidən Doğru Xəbər" (2019—h.h.)
- Çırak 05 (film 2024)
“Ədəbiyyat və incəsənət”
(14.01.2026)


