"Heç vaxt aktyor olmaq istəməmişəm" - Cahangir Mehdiyev Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

"Sənət zirvəsi göydə parlayan ulduz kimidir" deyirdi Cahangir Mehdiyev. Onun “Olimpiya dünyası qəzetinə müsahibəsindən:

 

-«Kişi sözü» filmini Cahangir Mehdiyevin şah əsəri adlandırmaq olarmı?

+Bilirsiniz, valideyn övladları arasında fərq qoymur. Yəni o övladlarının hamısına eyni məhəbbətlə yanaşır. Rejissor da belədir. O, əsərləri arasında fərq qoymur. Bu baxımdan filmlərimin hamısı mənim üçün əzizdir. «Kişi sözü» filmi xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb. Bu filmin rejissoru olsam da, həm də aktyor kimi çəkilmişəm. Əslində çəkilmək istəmirdim. Sadəcə, mənim müəllimim, tanınmış kinorejissor Georgi Daneliyanın tövsiyəsi ilə Niyaz rolunu özüm ifa etdim. Ssenariyə görə, Niyaz idmançı, özündənrazı bir obraz olmalı idi. Düzünü deyim ki, əsil idmançı görkəminə malik aktyor tapmaq asan deyildi. Buna görə də özümü Niyaz rolunda sınamaq qərarına gəldim. Mənə elə gəlir ki, pis alınmayıb. Əgər bu film ümumilikdə xalqımızın xoşuna gəlibsə, deməli, zəhmətim puç olmayıb. Onu da deyim ki, Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyim «Ailə» filmində boks müəllimi rolunu ifa etmişəm.

 

-Cahangir müəllim, 60 yaşınız olsa da, maşallah çox cavan görünürsünüz…

+Belə olmağıma baxmayın. Mən ulu babayam. 2 övladım, 3 nəvəm, 2 nəticəm var. Oğlum Elnur idmanla məşğul olur. O həm də kinorejissordur. Nəticələrimdən birinin adı Hüseyn, digəri nin adı isə Həsəndir. Artıq mən nəvə-nəticələrimi hansı idman növünə cəlb etmək barədə düşünürəm. Onlara velosiped, gimnastik qantellər almışam. Yeri gəlmişkən, deyim ki, öz evimin bir otağı məşq zalımdır. Orada, necə deyərlər, dərmir-dümür əlindən tərpənmək olmur.

 

-Dünyada sonsuz olan nədir?

+İnsan və qalaktika. Mən əbədi həyatı qalaktikada axtarıram. Qurani Kərimdə deyildiyi kimi, bu dünyadakı əməllər o biri dünyada ədəbi yaşayacaq. İnsan fiziki cəhətdən dünyadan köçsə də, onun ruhu yaşayır. Çünki ruh əbədidir. Fizikanın qanununa görə, ruh itmir, o, bir formadan başqa formaya keçir.

 

Cahangir Mehdiyev 13 yanvar 1951-ciildə Bakı şəhərində anadanolub. Atası dövlətqulluqçusu, anası isə evdarqadınolub. Bakı şəhərində 158 saylı ortavə 12 saylı musiqiməktəblərinibitirib. Sənətdə ilkaddımlarını 6 yaşındaikənrejissorLətifSəfərovun "Bakı və bakılılar" filmində atıb. 1968-ciildənM.AliyevadınaAzərbaycanDövlət İncəsənət İnstitutundaTeatrvə televiziyafilmlərirejissorluğuixtisası üzrə təhsilalmağabaşlayıb.

1969-cu ildə "Dəli Kür" bədii filmində aktyor kimi oynayıb. 1973-cü ildə diplom işi kimi Azərbaycan Milli Akademik Dram Teatrında "Sevgi, sevgi" teatr tamaşasına, eləcə də Azərbaycan Respublikası Dövlət Televizya və Radio Verilişləri Şirkətinin Ədəbi dram, incəsənət redaksiyasında "Yumoristik novellalar" adlı televiziya tamaşasına quruluş verib.

 1973-cü ildə institutu əla qiymətlərlə bitirib, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında bədii filmlər üzrə rejissor assisenti kimi çalışmağa başlayıb. 1974-cü ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının təyinnaməsi ilə Moskva şəhərində Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda Kinorejissorluq fakültəsinə daxil olmaq üçün imtahan verməyə göndərilib, imtahanı uğurla verərək instituta daxil olub.

1979-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu əla qiymətlərlə bitirib, C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor kimi işə başlayıb. 1979-cu ildə "Diplom işi" adlı qısametrajlı bədii filmi Cexoslovakiyanın Karlovı-Varı, Almanyanın Oberxauzen, Manheym və İspanyanın Bilbao şəhərlərində keçirilən kinofestivallarda nümayiş etdirilib, mükafatlara və diplomlara layiq görülüb.

1980-cı ildə Bakıda Lenin meydanında keçirilən Azərbaycan SSR-in 60 illik yubileyinə həsr olunan bədi-kütləvi meydan tamaşasında quruluşçu rejissor kimi fəaliyyət göstərib. Bu fəaliyyətinə görə Azərbaycan SSR-in mükafatına və diploma layiq görülüb. 1980-cı ildə "Mosfilim” kinostudiyasının nəzdində yaradılan "Debüt" adlı studiyada ("Gənclərin Ekspirimental Yaradıcılıq Birliyi"ndə) "Vax!" ("Bıy!") kinokomediyasının quruluşcu rejissoru olub.

1980-ci ildə "Mosfilm" kinostudiyasında keçirilən 11-ci Beynəlxalq Kinofestivalda "Vax!" kinokomediyası "Ən yaxşı rejissor işinə görə", Minsk şəhərindəki kinofestivalda isə "Ən yaxşı komediya işinə görə" mükafat alıb. 1979-cu ildən 1998-ci ilə qədər C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında rejissor, quruluşçu rejissor, ssenarist və aktyor kimi fəaliyyət göstərib.

 1990-1995-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Fondunun icraçı direktoru vəzifəsində işləyib. 1998-ci ildən 2007-ci ilə qədər "Mozalan" studiyasının direktoru, bədii rəhbəri olub. 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar məşqçisi, 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.

1998-ci ildən 2007-ci ilədək Boulinq Federasiyasının vitse-prezidenti olub. 2001-ci ildən 2005-ci ilə qədər Lider TV-də "Sağlam bədəndə sağlam ruh" adlı silsilə televiziya idman və bədən tərbiyəsi verilişinin rejissoru, aparıcısı və müəllifi olub. 25 avqust 2005-ci ildə Moskva şəhərindəki "Prezident Otel" mehmanxanasında dünya şöhrətli kinorejissor, SSRİ-nin xalq artisti Georgi Nikolayeviç Daneliyanın 75 illik yubleyində iştirak edib. Yubileydə G.Daneliyanın iki cildlik kitabının təqdimatı keçirilib. Kitabın birinci cildində C.Mehdiyev ilə onun müəllimi, kurs rəhbəri G. Daneliya arasındakı münasibətlərdən bəhs olunur. İkinci cilddə isə C.Mehdiyevə həsr olunan "Güzgü" adlı hekayə yer alıb. Bu hekayənin qəhrəmanı da C. Mehdiyevdir.

1 aprel 2006-cı ildə Sürix şəhərindəki "Intercontinental Surix Otel"də keçirilən 25-ci Beynəlxalq mükafatın təqdimat mərasimində, seçim komissiyasının qərarına əsasən "Mozalan" studiyasının Direktor-bədii rəhbəri kimi o, "Nüfuz və keyfiyyətdə lider-Avropa-2006" beynəlxalq mükafatına layiq görülüb. 30 yanvar 2007-ci ildə bu mükafatı xatirə olaraq "Heydər Əliyev" fonduna hədiyyə edib.

2007-ci ildən 2016-cı ilədək  Azərbaycan Televiziya  və Radio verilişləri QSC-də (Azərbaycantelefilm Yaradıcılıq Birliyində) ali kateqoriyalı rejissor kimi fəaliyyət göstərib. 2011-ci ildən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsində çəkiliş qrupunun rəhbəri kimi çalışır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

2016-cı ildə təqaüdə çıxıb.

 

Filmoqrafiya

1. Ailə (film) (Rüfət rolunda)

2. Araşdırın (film, 1978)

3. Ci-Mi (film, 2008)

4. Dəli Kür (film, 1969)

5. Diplom işi (film, 1979)

6. Evlənmək istəyirəm (film, 1983)

7. Gənc qadının kişisi (film, 1988)

8. Girişmə, öldürər! (film, 1990)

9. Hacı Qara (film, 2002)

10. Kişi sözü (film, 1987)

 

“Ədəbiyyat və incəsənət”

(13.01.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.