“Axırıncı aşırım”da nəyi və niyə dəyişiblər? Featured

 

Leyla Faiqqızı,

Filologiya elmləri üzrə fəlsəfə doktoru, Klassik Ədəbiyyat İnciləri facebook sosial şəbəkə səhifəsinin yaradıcısı. “Ədəbiyyat və incəsənət” üçün

 

Tarixi şəxsiyyət olan Abbasqulu bəy Şadlinski (1886-1930) Fərman Kərimzadənin "Qarlı aşırım" əsərinin əsas qəhrəmanlarından biridir. 1971-ci ildə ekranlaşdırılan “Axırıncı aşırım” filmində onun obrazını görkəmli aktyor Həsən Məmmədov canlandırmışdır.

Filmdə Qəmlo Abbasqulu bəyi öldürdüyünə görə Kərbəlayi tərəfindən Qəmlonun həyatına son qoyulur. Lakin bu səhnə senzuradan keçmir. Kərbəlayi qəhrəman kimi qələmə verilmiş hesab olunur və buna icazə verilmir. Rejissor Kamil Rüstəmbəyov bu səhnəni yenidən çəkir. Bu dəfə Qəmlonu Kərbəlayi deyil, Xudayarın qardaşı öldürür. Yeni versiyada Kərbəlayinin adamlarının birinin dilindən “Kərbəlayi Qəmlonu gəbərtdi” cümləsi də ilk çəkilişdən qalmadır.

Şəkildəki isə tarixdəki əsl Abbasqulu bəy Şadlinski və onun obrazını canlandıran Həsən Məmmədovdur.

Allah hər birinə rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.