Xərçəng onu əldən və ruhdan salmışdı... Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Çəmbərəkənd məzarlığında bir aktrisa uyuyur. O, 19 fevral 2005-ci ildə xərçəng xəstəliyindən dünyasını dəyişmiş Nataliya Tağıyevadır. Bəzən bu amansız xəstəlik qəfil gəlir, adına uyğun olaraq xərçəng adlı canlı öz ovunu yediyi kimi insanı daxildən yeyir...

 

Nataliya Tağıyeva 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsini bitirib. 1978-ci ildən S. Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası olub. İlk dəfə səhnədə Rüstəm İbrahimbəyovun "Ultimatum" pyesində gəlin rolunda çıxış edib. Bağırova soyadı ilə də çıxış edib.

Rolları: Xumar ("Şeyx Sənan", H. Cavid), Ziba xanım ("Lənkəran xanının vəziri", M. F. Axundov), Nastasya Filippovna ("İdiot", F. Dostoyevski), Dvoyra ("Qürub", İ. Babel), Azaliya ("Azaliya", İ. Jamiak), Marianna ("İdeal cütlük", A. Popov) və s.

"Azərbaycanfilm"in istehsalı olan "Yarımçıq qalmış serenada", "Onun dəlisov məhəbbəti", "Cin mikrorayonda", "Ailə" və başqa filmlərində çəkilib.

 

Məbud Məhərrəmov xatırlayır:

O vaxt Nataliyanın xəstəliyi şiddətləndi. O, xəstəliyini bilirdi və əli hər yerdən üzülmüşdü. Xərçəng onun ağciyərini və bir böyrəyini zədələmişdi. Moskvadan bir onkolooq gəlmişdi. Mən Nataliyanın bütün analizlərini göstərdim. Həkim mənə dedi ki, təcili onu Moskvaya gətirin, onun bir böyrəyini götürəcəyik, bundan sonra iki il normal işləyəcək. Əməliyyat olunandan sonra Nataliya ilə iki il səhnəyə çıxdıq, hətta İsrailə qastrol səfərinə də getdik. Həkim necə demişdisə, elə də oldu. Ölümünə iki ay qalmış, çox üzüldü, yatağa düşdü. Onda mən tez-tez onun yanına gedirdim, onu ruhlandırmağa çalışırdım. Bir dəfə mənə dedi ki, "bəs sən mənə söz vermişdin ki, məni xilas edəcəksən, indi elə də, niyə eləmirsən?" Onun son arzusu əlbəttə ki, sağalmaq, xəstəlikdən xilas olmaq idi. Amma təəssüf ki, olmadı. Mən də bu haqda ona heç nə deyə bilmirdim. Çünki bilirdim ki, vəziyyəti çox ağır idi və son günlərini yaşayırdı...

 

Filmoqrafiya

1. Dədə Qorqud (film, 1975)

2. Yarımçıq qalmış mahnı (film, 1979)

3. Onun bəlalı sevgisi (film, 1980)

4. Cin mikrorayonda (film, 1985)

5. Aşkarsızlıq şəraitində... (film, 1986)

6. Ailə (film) (tammetrajlı bədii film)-rol: Sofiya Mixaylovna

7. Etimad telefonu (film, 2001)

8. Bəyaz həyat (film, 2003)

9. Yumurta (film, 2003)

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(24.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.