3 dəfə infarkt keçirən mərhum aktrisanın 75 illiyinə Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Soyuq bir gün idi, 17 noyabr 2006-cı il. Televiziya proqramlarının birindən evə gələrkən aktrisa üçüncü dəfə qəfildən infarkt keçirir, 56 yaşında Bakı şəhərində vəfat edir. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılır.  O, kino və teatrlarda izi qalmış Gülşən Qurbanova idi. Hamsı ki, bu gün dünyaya gəlişinin 75-ci ildönümüdür.

Allah rəhmət eləsin!

 

Azərbaycanın xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) bitirib. 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.

Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış edib.

Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət alıb və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış edib. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olublar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq edib. “Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevilib.

Amma Gülşən xanım bu telekanaldan incik ayrılıb, “Lider” telekanalına üz tutub və “Mikser” verilişini aparıb.

 

Filmoqrafiya

1. Ad günü

2. Adam ol! 2

3. Anlamaq istəyirəm

4. Arvadım Mənim, Uşaqlarım Mənim

5. Bağdada putyovka var...

6. Balıq günü

7. Bayquş gələndə...

8. Bir axşam...

9. Bir dəfə Qafqazda

10. Cin mikrorayonda.

 

“Ədəbiyyat və incəsənət”

(19.12.2025)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.