“Mən orada idim” nümayiş olundu Featured

 

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Çox sevindirici haldır ki, 44 günlük müharibə barədə romanlar yazılır, filmlər çəkilir, tamaşalar səhnələşdirilir.

 

6 dekabr tarixində Sabunçu rayonu Bakı Gənclər Mərkəzində "Tərəqqi FN Akademi"-nin təsisçisi və direktoru, psixoloq Fazilə Camalovanın təşkilatçılığı ilə müəllifi Əli Abbasov olan kitabın motivləri əsasında " Mən orada idim" tamaşası nümayiş etdirildi.

" Mən orada idim" əsərində 44 günlük müharibədə iştirak edən müəllif-müəllim Əli Abbasovun keçirdiyi hisslər, müharibədə baş verən hadisələr yer almışdır.

Tamaşada Əli Abassovun öz şagirdləri rol almışlar. Tədbirdə Şəhid anaları, qazilər, bir çox tanınan ziyalılar, millət vəkli Vüqar İsgəndərov, Xalq şairi Sabir Rüstəmxanlı, Vətən müharibəsi Qəhrəmanı kapitan Surxay Noçıyevin atası Əbdül bəy, Vətən müharibəsi qazisi Fədai Abdullayev, " Təhsil tədris mərkəzi"nin təsisçisi və direktoru Rəvanə Hüseynova, Respublika Qadınlar Cəmiyyətinin həssas təbəqələrlə iş departamentinin müdiri Vəfa Rzayeva, psixoloq, 71 nömərli məktəbin direktor səlahiyyətlərini icra edən Səidə Əhmədova, "Telan tədris" mərkəzinin direktoru Gülnarə Cəbiyeva,  İqtisadiyyat üzrə fəlsəfə doktoru Əbdül Musazədə, həvəskar şair, qiraətçi, Vətən Müharibəsi Veteranı və hərbi mütəxəssis Qənbər Cəbrayıl, psixoloq Fazil Cəfərov iştirak etmişlər.

Tədbirin aparıcısı isə bəndəniz Ülviyyə Əbülfəzqızı olmuşdur.

TədbirAnar İlhamlının ifası ilə yekunlaşmışdır.

Bu sayaq tədbirlər onu ehtiva edir ki, müharibə iştirakçıları – qəhrəmanlarımız ölməzdirlər. Bu xalq, bu dövlət onları əsla unutmayacaq.

 

“Ədəbiyyat və incəsənət”

(08.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.