Teatrımızın unudulmaz aktyoru - Mirmahmud Kazımovski Featured

 

"Teatrda əsasən o adamlar qalır ki, onların adı hər bir zaman teatr aləmində çəkilir. Mirmahmud Kazımovski məhz belə insanlardandır".

                                                Görkəmli sənətşünas Cəfər Cəfərov 

 

Mirmahmud Kazımovski 27 fevral 1882-ci ildə Bakının Bilgəh kəndində anadan olub. İlk təhsil illərini Hüseyn Ərəblinski ilə birlikdə alan Mirmahmud sonralar onunla möhkəm dost olublar. Hələ məktəbdə oxuyarkən onlar dram dərnəklərində fəaliyyət göstərib, bir sıra epizodik rollarda çıxış ediblər.

Sonralar Mirmahmur Kazımovski peşəkar artist kimi tanınmağa başlayıb. O, Qoqolun "Müfəttiş"ində Filippoviç, Nəcəf bəy Vəzirovun "Pəhləvani Zəmanə" əsərində Cahangir bəy, Şəmsəddin Saminin "Gavə" əsərində zabit və kəndli rollarında, "Müsibəti-Fəxrəddin" əsərində Əhməd rolunda, eyni zamanda bir sıra Qərbi Avropa dramaturqlarının əsərlərində uğurla çıxış edib. Bu əsərlərin içərisində Uilyam Şekspirin "Otello" faciəsi xüsusi yer tutub.

Mirmahmur Kazımovskinin ən böyük uğurlarından biri də Azərbaycanda qadınların teatr səhnəsinə hələ qalxmadıqları bir dövrdə qadın rollarını gözəl ifa etməsi olub. O, Leylinin anası, eyni zamanda altıncı və yeddinci ərəb rollarında çıxış edib.

Onun daha bir işi – kiçik həcmli dram əsəsrləri yazması olubdur.

 

Əsərləri

- Nə qanır, nə qandırır (məzhəkə bir pərdədə)

- Daşım-daşım (bir pərdəli məzhəkə)

- Molla Cəbi (operetta 4 pərdədə)

- Vurhavur (operetta 3 pərdədə)

 

Filmoqrafiya

1. Neft və milyonlar səltənətində

2. Bismillah

3. Bakılılar

4. Kəndlilər

5. Sovqat

 

Azərbaycan SSR əməkdar artisti Mirmahmud Kazımovski 1 dekabr 1942-ci ildə vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(01.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.