İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mədəniyyətin beşiyi Şuşa həm də rejissorlar yetişdiribdir. O cümlədən də Nəsir Sadıqzadəni.
Nəsir Sadıqzadə 1926-cı il 18 oktyabrda Şuşada dünyaya göz açıb. Orta təhsilini başa vurduqdan sonra, 1961-1968-ci illərdə Azərbaycan Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı fakültəsində təhsil alıb. 1964-1965-ci illərdə Moskvada A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun (indiki Beynəlxalq Teatr Akademiyası) “Rejissorluq” kursunu bitirib.
Nəsir Sadıqzadə Füzuli, İrəvan, Sumqayıt, Xankəndi teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib. Ömrünün son iyirmi ilində, əsasən, pedaqoji fəaliyyətlə məşğul olub. İstedadlı rejissor 1965–1966-cı illərdə Gəncə teatrında baş rejissor,1970–1973-cü illərdə Naxçıvan DMDT-də baş rejissor işləyib.
Müxtəlif illərdə Cəfər Cabbarlının "Aydın", Mirzəİbrahimovun "Kəndçi qızı", Viktor Rozovun "Sabahın xeyir" (1962), Toktobolat Əbdülmöminovun "Şikayət qəbul edilmir" (1963), İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" (29 aprel 1973), Mirzə Fətəli Axundzadənin "Hacı Qara", Otiya İoselianinin "Araba hələ aşmayıb" (1976), Sergey Mixalkovun "Xərçənglər" (29 may 1982) pyes və dram əsərlərinə quruluş verib.
Bir sıra filmlərdə çıxış edib."Bəxt üzüyü" filmində yaddaqalan Tanrıbəy obrazını yaradıb. Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müəllimlik və pedaqoji fəaliyyətlə məşğul olub
Filmoqrafiya
1. Mən ki gözəl deyildim
2. Şeytan göz qabağında
3. Qətl günü
4. Zirzəmi
5. Bəxt üzüyü
6. Qəzəlxan
7. Qara "Volqa"
8. Həm ziyarət, həm ticarət.
Rejissor 27 noyabr 1996-cı ildə vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(27.11.2025)


