Sənətkarlarımızı tanıyaq - Kazım Əliverdibəyov Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyyat və incəsənət”

 

Sənətkarlarımızı tanıyaq rubrikasında teatr aktyoru Kazım Əliverdibəyov barədə danışacağıq. Həm də ona görə ki, bu gün onun doğum günüdür.

 

Kazım Əliverdibəyov 27 noyabr 1934-cü ildə Bakıda dünyaya göz açıb. 1944-54-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacibəyli adına Bakı Musiqi Akademiyasının) nəzdində fəaliyyət göstərən onillik musiqi məktəbinin skripka sinfində oxuyub. Orta təhsilini bitirdikdən sonra konservatoriyanm Xor dirijorluq fakültəsinə daxil olub.

1957-ci ildə, hələ tələbə ikən Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dirijor vəzifəsinə dəvət olunub.1959-cu ildə ali təhsilini başa vurub. Bir il sonra dirijorluq fəaliyyətini Azərbaycan Dövlət Akademiyası Opera va Balet Teatrında davam etdirib. 1978-ci ildə Azərbaycanın əməkdar incəsənət xadimi fəxri adına, 1981-ci ildə dosent, 1991-ci ildəsə professor elmi adına layiq görülüb.

Teatrın repertuarına daxil olan bir çox opera və balet tamaşalarını – "Leyli və Məcnun", "Aşıq Qərib", "Gəlin qayası", "Şah İsmayıl", "Vaqif", "Madam Batterflyay", "Sevilya bərbəri", "Karmen" operaları, eyni zamanda "Don Kixot" (Minkus), "Jizel", "Xəzər balladası, "Bolero", "Karmen-süita", "Paxita", "Şopeniana" baletlərini idarə edib

 

Mükafatları

1. Azərbaycan SSR əməkdar incəsənət xadim

2. Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı

3. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü

 

Kazım Əliverdibəyov 19 dekabr 2022-ci ildə vəfat edib

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.