Ji.hlava Beynəlxalq Sənədli Film Festivalında həmyerlilərimiz Featured

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"        

 

24 oktyabr – 2 noyabr 2025-ci il tarixlərində Çexiya Respublikasında keçirilən Ji.hlava Beynəlxalq Sənədli Film Festivalı dünyanın ən nüfuzlu sənədli kino platformalarından biri hesab olunur. Festival çərçivəsində “Ji.hlava Academy” və “Ji.hlava New Visions Forum: Europe” kimi təşəbbüslər sənədli kinematoqrafiyanın yeni nəsil nümayəndələrinə tədris, əməkdaşlıq və yaradıcılıq imkanları yaradır.

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) bu il festivalda üç azərbaycanlı nümayəndənin iştirakını dəstəkləyib:

Mətləb Muxtarov – “Yaddaş sarayları” adlı qısametrajlı sənədli filminin premyerasında rejissor kimi,

Aynur Kazımova – sənədli kinonun yeni nəsil nümayəndələri üçün yaradılmış tədris və yaradıcılıq platforması olan “Ji.hlava Academy” proqramında,

Sərxan Cəfərli – “Ümid bizi aparacaq” layihəsi ilə innovativ prodüserlər, yeni formatlar və gələcəyə dair ideyalara həsr olunmuş “New Visions Forum"un pitçinq mərhələsində iştirak ediblər.

Sözügedən üç gəncin festivalda iştirakı ilə bağlı səfər xərcləri ARKA tərəfindən qarşılanıb.

Gənclərin beynəlxalq platformalarda iştirakı onların peşəkar inkişafına və milli kinematoqrafiyanın dünya arenasında tanıdılmasına töhfə verir. ARKA bu istiqamətdə gənc istedadları dəstəkləməyə davam edir.

"Ədəbiyyat və İncəsənət" portalı adından gənc rejissor və rejissor adına namizədlərə dəstək olan ARKA və onun rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.

 

Ədəbiyyat və incəsənət”

(25.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.