“Ər və arvad” Türkmənistanda

 

Türkmənistanın paytaxtı Aşqabadda Böyük Saparmurad Türkmənbaşı adına Baş Dram Teatrında Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası türkmən dilində nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət” portalına Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, yerli ictimaiyyət 1909-cu ildə qələmə alınan və Şərqin ilk operettası kimi tarixə düşən bu əsəri Aşqabad səhnəsində böyük maraq və alqışlarla qarşılayıb.

Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığı Türkmənistanda böyük rəğbətlə qarşılanır. “Ər və arvad” əsəri ilə yanaşı, Üzeyir bəyin “Arşın mal alan” operettası da Aşqabadda müxtəlif teatr səhnələrində uğurla təqdim edilir və tamaşaçıların xüsusi marağını görür.

 

“Ədəbiyyat və incəsənət”

(20.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.