İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Üçüncü dəfə infarkt və həyata əlvida. Bax belə bir axı tale.
Gülşən Qurbanova 19 dekabr 1950-ci ildə Bakıda anadan olub. Əlibəy Hüseynzadə adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) bitirib. 16 fevral 1979-cu ildən – 17 noyabr 2006-cı ilə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərib.
Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış edib.
Teatrdan ayrılandan sonra Gülşən Qurbanova telekanallara dəvət alıb və uzun müddət AzTV-nin “Gəlin birlikdə gülək” adlı layihəsində çıxış edib. Bu verilişdə onun tərəf müqabilləri xalq artisti Yasin Qarayev və əməkdar artist Azər Mirzəyev olublar. AzTV-dəki layihə bitəndən çox sonralar aktrisa ANS-lə uzun müddət əməkdaşlıq edib. “Qaynar qazan” verilişinin aparıcısı kimi aktrisa və veriliş tamaşaçılar tərəfindən sevilib.
Amma Gülşən xanım bu telekanaldan incik ayrılıb, “Lider” telekanalına üz tutub və “Mikser” verilişini aparıb.
Filmoqrafiya
1. Ad günü
2. Adam ol! 2
3. Anlamaq istəyirəm
4. Arvadım Mənim, Uşaqlarım Mənim
5. Bağdada putyovka var...
6. Balıq günü
7. Bayquş gələndə...
8. Bir axşam...
9. Bir dəfə Qafqazda
10. Cin mikrorayonda
Azərbaycanın xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə televiziya proqramlarının birindən evə gələrkən üçüncü dəfə qəfildən infarkt keçirib, 56 yaşında Bakı şəhərində vəfat edib. Köhnə Yasamal qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.11.2025)


