Onun Cülyettası bir ayrı Cülyetta idi Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şərqdə opera aktrisaları Leyli, Qərbdəsə Cülyetta rlunu ynamağa xüsusi həvəs göstrirlər. Amma bir şərqlinin yaratdığı Cülyetta hətta qərblilərə belə örnək sayıla bilərdi. Söhbət Azərbaycan Gənc Tamaşaçılar Teatrının aktrisası Solmaz Qurbanovanın yaratdığı Cülyetta obrazından gedir.

Bu gün aktrisanı xatırlamağımız əbəs deyildir, bu gün onun doğulduğu günüdür.

 

Solmaz Qurbnova 1939-cu il 13 noyabrda Bakıda anadan olub. Sənətə 1955-ci ildən Azərbaycan Gənc Tamaşaçılar Teatrından fəaliyyətə başlayıb. Yeniyetmə oğlan rollarında çıxış etmiş Solmaz Qurbanova teatrın səhnəsində əvəzolunmaz ifası ilə yaddaqalan obrazlar yaradıb.

Səhnə fəaliyyətinə Azərbaycan Gənc Tamaşaçılar Teatrında başlamış, yeniyetmə oğlan rollarında çıxış etmişdir: Onun Qavroş (V. Hüqonun "Səfillər" romanı əsasında), Antonio ("Puerto Sorido alovları", M. Minçkovski), Rəcəb ("Anacan", Y. Əzimzadə), Petya ("İnqilab naminə", M. Şatrov), Kamal ("Sehrli yaylıq", K. Həsənov), Cülyetta, Culiya ("Romeo və Cülyetta", "İki veronalı", U. Şekspir) rolları ilə tanınır.

Kraliça ("İki ağanın bir nökəri", K. Qoldoni), Cemma ("Ovod", E. Voyniç), Flavio ("Sükut divarı", P. Missini), Yaqut ("Məlikməmməd", Ə. Abbasov), Paşa xala ("Unutmayın", Y. Əzimzadə), Dilarə ("Ötən ilin son gecəsi", Anar), Şəcərət ("Əlvida, Hindistan", Q. Rəsulov), Afərid ("Söhrab və Rüstəm", İ. Coşğun), Bibi ("Bala bəla sözündəndir" Əli Əmirli), Qəmər banu ("Mahmud və Məryəm", Elçin) və s. rolları bu gün yaddaşlardadır.

Azərbaycan Respublikasının xalq artisti Solmaz Qurbanova 4 iyun 2013-cü ildə Bakıda vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.