1-ci işçi, 7-ci qardaş və 3-cü kafir Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Obrazların adları hər şeyi açıb deyir. Baxın: 1-ci işçi, 7-ci qardaş və 3-cü kafir. Bunlar, epizodik rollar deməkdir. Bəli, o. Çox zaman bu cür epizodik rollar aldı. Amma bununla belə, bu xırda obrazlara böyük həyat verdi, onları canlandırmağı bacardı. Bu da onun ustalığından xəbər verir.

Söhbətv bu gün 75 illik yubileyini qeyd etdiyimiz Pərviz Bağırov barədədir.

 

Pərviz Bağırov 12 noyabr 1950-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. Təyinatla Akademik Milli Dram Teatrına gələn aktyor teatrın səhnəsində bir çox rollar oynayıb

Həmin rollar : 7-ci qardaş ("Yatmış gözəl və yeddi qardaş", Aleksandr Puşkin), 1-ci işçi ("Knyaz", Hüseyn Cavid), Dustaq ("Qılınc və qələm", Məmməd Səid Ordubadi), Həsrət ("Gölgələr pıçıldaşır", Seyfəddin Dağlı), Rasim ("Şəhərin yay günləri", Anar), Hacı Bağdad ("Dəli yığıncağı", Cəlil Məmmədquluzadə), Əyyar ("Fitnə", Abdulla Şaiq), Kamal ("Əliqulu evlənir", Sabit Rəhman), Lennoks ("Maqbet", Uilyam Şekspir), 3-cü zabit ("İblis", Hüseyn Cavid), Mahmud ("Atabəylər", Nəriman Həsənzadə), Altay ("Od gəlini", Cəfər Cabbarlı).

Pərviz Bağırov Ağadadaş Nəcəfov ("Dəlilər və ağıllılar", İlyas Əfəndiyev), Çar Uluz ("Pompeyin Qafqaza yürüşü", Nəriman Həsənzadə), Şeytan ("Özümüzü kəsən qılınc", Bəxtiyar Vahabzadə), 1-ci kafir ("Burla Xatun", Nəbi Xəzri), Talap ("Sokratı anma gecəsi", Çingiz Aytmatov), Qonşu ("Mənim ərim dəlidir", Elçin), Kamran Qızılsəs ("Köhnə ev", Əli Əmirli), Minas ("Hələ sevirəm deməmişdilər", Ramiz Novruz), Dadaşzadə və Sarvan ("Bu dünyanın adamları", Hidayət), Qəhrəman ("Eloğlu", Abdulla Şaiq) rollarını da ifa edib.

Pərviz Bağırov 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülüb.

 

Filmoqrafiya

1. Həyat bizi sınayır

2. Dədə Qorqud

3. De ki, məni sevirsən!

4. Qərib cinlər diyarında

5. Şəki

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.