Kino və teatr bəstəkarı Cahangir Zülfüqarovun 70-i Featured

 

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Kifayət qədər ciddi və məsuliyyətli ampluadır - Kino və teatr bəstəkarı. Və bu ampluada bu gün 70 illik yubileyi qeyd edilən Cahangir Zülfüqarov özünü çox rahat və sərbəst hiss edir.

 

Cahangir Zülfüqarov 31 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbini bitirərək, Azərbaycan Dövlət Konservatoriyasında xalq artist Cövdət Hacıyevin kursunda təhsil alıb. Təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor işləyib. Cahangir Zülfüqarov 1986-cı ildən Respublika bəstəkarlar ittifaqının üzvüdür. 1986-ci ildən bu günə qədər Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında misiqi hissə müdiri vəzifəsində işləyir.

 Teatrda işlədiyi müddətdə burada Azərbaycan və rus truppalarında hazırlanan Aleksandr Ostrovskinin "Qar qız", Kamal Aslanovun "Şərq nağılı", "Göy saqqal", Həsənağa Hüseynovun "Saz əhvalatı", Bertolt Brextin "Kuraj ana", Mirzə Fətəli Axundovun "Parisi dağıdanlar", Aleksandr Sergeyeviç Puşkinin "Qızıl xoruz", Namiq Ağayevin "Oxay və Əhməd", Rəhman Əlizadənin "Damdabaca", "Tıq-tıq xanım", "Maymaq", "Dəcəl çəpişlər belə-belə işlər", Ələkbər Hüseynovun "Səadət quşu" və "Möcüzəli tamaşa", Tofiq Ağayevin "Qoçaq Əhməd", Xanımana Əlibəylinin "Ləpələrin nağılı", Nicat Kazımovun "Ələddin", Şarl Perronun "Qırmızı papaq", Cani Rodarinin "Çipollino" və sair tamaşalara musiqi bəstələyib.

 Eləcə də animasiya filmlərinə, sənədli filmlərə, “Romeo və Cülyetta” (1999), “Otello” (2000) şou-filmlərinə musiqilər, mahnı və romanslar bəstələyib. Müxtəlif musiqi janrlarında əsərləri var. Axırıncı işlərindən biri onun "Qala" filminə bəstələdiyi musiqidir. 9 may 2012-ci il tarixdə Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə  və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülüb. Bəstəkar Oqtay Zülfüqarovun oğludur.

 

Filmoqrafiya

1. Bəşəriyyətin beşiyi

2. İthaf

3. Qala

4. Qısa monoloqlar

5. Pirə qayıdan yol

6. Azərbaycan mətbəxi: Dadsonrası dad

7. Xeyirlə şərin rəqsi

 

“Ədəbiyyat və incəsənət”

(31.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.