Müharibənin izləri- "Sonuncu Güllə" Featured

Murad Vəlixanov, "Ədəbiyyat və İncəsənət"

 

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin 2025-ci il üzrə "Dövlət Dəstəyi ilə istehsal ediləcək film layihələri" müsabiqəsinin qalibi olmuş "Sonuncu Güllə" tammetrajlı bədii film layihəsi müharibənin ən kritik və gərgin günlərində baş verən dramatik hadisələri əks etdirəcək.

 

Filmin rejissoru Cavid Zaidov, Prodüsseri isə Vüsal Abbasovdur. 

Filmdə Mayor batalyonu ilə birlikdə  ölüm təhlükəsi altında strateji bir mövqeyi ələ keçirmə əmri alır. Vəzifə və vicdan arasında seçim etmək məcburiyyətində qalan mayor, həm əsgərlərinin həyatını, həmdə öz şərəfini qorumaq üçün riskli bir qərar verməlidir. "Sonuncu güllə" zabitin seçimlərinin yalnız döyüşün taleyini deyil,  həm də onun ruhunun və həyat yolunun necə həll olunduğundan bəhs edən dram filmidir.

Film barədə daha ətraflı məlumat nümayişdən sonra veriləcəkdir. 

Zəfərlə bitən 2-ci Qarabağ müharibəsi barədə nə qədər çox film çəkilsə, kitab yazılsa, bir o qədər yaxşıdır.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.