Gənc və istedadlı aktyor Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Teatrımızda və kinomuzda gənc və istedadlı aktyorlar yetərincədir, bəzən biz tamaşanı, filmi izləyirik, oradakı məşhur, hamı tanıyan aktyorların kimliyini bilirik, amma heç maraqlanmırıq ki yeni adlarla da tanış olaq. Halbuki, ümidverici gənclər diqqətə layiqdirlər və buna ehtiyac da duyurlar. Diqqət qazanmaq onları faha yaxşı çalışmağa ruhlandırır həm də.

 

Azərbaycanın əməkdar artisti Rasim Cəfərovdan danışaq. Niyə məhz ondan? Çünki dediyimiz istedadlı və gənc zümrəsinə aiddir, üstəlik, bu gün onun doğum günüdür.

 

Rasim Cəfərov 17 oktyabr 1978-ci ildə anadan olub. ADMİU-nun dram və kino aktyorluğu fakültəsində təhsil alıb (Əliabbas Qədirovun kursunda, 1996–2000). 1996-cı ildə Akademik Milli Dram Teatrında epizodik çapar rolunda səhnəyə çıxıb. Daha sonra 2003-cü ilə qədər Azərbaycan Dövlət Pantomim Teatrında çalışıb.

 

İlk dəfə kinoya gəlişi Murad İbrahimbəyovun "Üç qız" filmilə olub.  Hazırda Gənc Tamaşaçılar Teatrının və Azərbaycan Dövlət Yuğ Teatrının aktyorudur.  29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülüb

 

Teatr səhnəsindəki rolları

- Azərbaycan Dövlət

     Pantomim Teatrı

 

1. "Şəngülüm, Şüngülüm, Məngülüm"

2. "Şərqə səyahət"."Pantomim buketi"

3. "Zibillik pərvanələri"

4. "Eşq"

 

- Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı

1. "Pəri-Cadu" — Təlxək əcinnə

2. "Çəkməli pişik"

3. "Tıq-tıq xanım" — Siçan bəy, keçi

4. "Şelkunçik"

5. "Pələng ili" — Ağa

 

Filmoqrafiya

1. Salur Qazanın evi talandığı boy

2. Epizod

3. Manqurt

4. Oyun

5. Ana qaz

6. Üç qız

 

“Ədəbiyyat və incəsənət”

(17.10.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.