AzTV-nin ilk operatorlarından biri Featured

 

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanda Televiziya haçandan fəaliyyətə başlayıb? Etiraf edək ki çox adam bunu bilmir. Bu gün bu haqda danışacağıq. Çünki televiziya yarananda onun ilk operatorlarından biri olmuş çəxsin bu gün doğum günüdür. Allah rəhmət eləsin deyib də mövzumuza keçirəm.

 

Rejissor Nəriman Şıxəliyev 1934-cü ilin 14 oktyabrında Bakıda anadan olub. 1956-cı ildən Azərbaycan Dövlət Televiziya Komitəsi yaranan gündən burada kinooperator kimi fəaliyyət göstərmişdir. Uzun illər Ekran yaradıcılıq birliyində çoxlu televiziya filmləri çəkib.

Azərbaycan Dövlət Televiziyasının kinooperatoru Nəriman Şıxəliyev doğma televiziyada fəaliyyətini uzun illər davam etdirib. O, Proqram Direktorluğunun efirqabağı komissiyasının üzvü olub.

Əmək veteranı olan Nəriman Şıxəliyev milli televiziyanın inkişafındakı böyük xidmətlərinə görə 30 dekabr 1981-ci ildə "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adına, 4 noyabr 2006-cı ildə isə "Tərəqqi" medalına layiq görülüb

 

Filmoqrafiya

1. 1915-ci il erməni saxtakarlığının başlanğıcı

2. Afurca nağılı

3. Ağasadıq Gəraybəyli

4. Akademik Validə Tutayuq

5. Almas Yıldırım

6. Alovlardan keçən ömür

7. Atəşgah

8. Azərbaycan kauçuku

9. Azərbaycan narı

10. Badamlı

11. Bakı toyları

12. Bal arısı

13. Balerinanın yaranması

 

Peşəkar kinooperator 3 fevral 2022-ci il tarixində 87 yaşında vəfat edib.

 

“Ədəbiyyat və incəsənət”

(14.10.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.