İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
O, kinoda və teatrda bir çox yaddaqalan obrazlar yaradıb. Daha çox öz xarakterinə uyğun obrazlar yaradırdı. Ona görə də teatr və kino ictimaiyyəti onu unutmur. Bu gün aktyorun doğum günüdür.
Azərbaycanın görkəmli teatr və kino aktyoru, Əməkdar artist Hamlet Qurbanov13 oktyabr 1938-ci ildə teatr və kino aktyoru Ağadadaş Qurbanovun və Opera müğənnisi Gülxar Həsənovanın ailəsində anadan olub. H.Qurbanov 1961-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitututunu (indiki Mədəniyyət və İncəsənət Universiteti) böyük rejissor Mehdi Məmmədov kursunu bitirib. O,1957-1992-ci illərdə Azərbaycan Milli Dram Teatrında yaddaqalan obrazlar yaradıb. C.Məmmədquluzadənin "Dəli yığıncağı" pyesində doktor Lalbyüz rolunda müvəffəqiyyətlə çıxış edib. Hamlet Qurbanov Azərbaycan televiziyasının hazırladığı bir sıra tamaşalara və "Azərbaycanfilm"in istehsal etdiyi filmlərə çəkilib. Hamlet Qurbanov 16 noyabr 1995-ci ildə xərçəng xəstəliyindən vəfat edib
Teatr səhnəsində yaratdığı obrazlar
- Akademik Milli Dram Teatrının səhnəsində
1. Doktor ("Şöhrət və ya unudulan adam")
2. Səlim bəy ("Qaçaq Nəbi")
3. Şəkərlinski ("Kəndçi qızı")
4. Doktor Lalbyuz ("Dəli yığıncağı")
5. Udriya ("Adsız ulduz")
6. Şamxal ("Şəhərin yay günləri")
7. Əliqulu ("Əliqulu evlənir")
8. Karenin ("Canlı meyit")
Filmoqrafiya
1. Axırıncı maqın sonu
2. Anlamaq istəyirəm
3. Atayevlər ailəsi
4. Aygün
5. Babamızın babasının babası
6. Bağ mövsümü
7. Bir ailəlik bağ evi
2013-cü ildə 75 illik yubleyi münasibətilə İTV-də "Xatırlananlar" adlı xatirə verilişi hazırlanıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(13.10.2025)