İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Teleserialları xoşlayırsız?
Şəxsən mən çox az teleserial olar ki bəyənim.
Məncə aktyorlar da bu sayaq ekspromt, incəsənət xalturası sayılan işlərə başdansovdu yanaşır, necə deyərlər, yola verirlər.
Amma indi haqqında danışacağım aktyor əsla sənətə xəyanət etmir.
Aktyor Anar Heybətov 25 sentyabr 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-cü ildə Bülbül adına orta ixtisas musiqi məktəbinin 1-ci sinfinə gedib. 1994-cü ildə xalq çalğı alətləri şöbəsinin tar sinfini bitirib. 1995–1999-cu illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsində təhsil alıb.
Tələbəlik illərində müxtəlif televiziya verilişlərində iştirak edib. Azər Paşa Nemətovun kursunu bitirib və onun dəvəti ilə Akademik Milli Dram Teatrına gəlib.
2001-ci ildən Akademik Milli Dram Teatrında müxtəlif səpgili rollar oynayıb. Səhnədə ilk rolu "Mənim Ərim Dəlidir" tamaşasındakı cangüdən rolu olub. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 7 dəfə Prezident Mükafatına layiq görülüb.
Teatrdakı rolları
1. Mənim ərim dəlidir – Cangüdən
2. "Lənkəran xanının vəziri" — Əziz ağa
3. Rəqabət – Qaçay
4. Hərənin öz payı – Meyxanaçı Ələkbər
5. Hələ "Sevirəm" deməmişdilər – Qumarbaz
6. Varlı qadın – Qara
7. Hamlet – Laert
8. Kaş araba aşmayaydı – Buxuti
9. Mesenat – Zeynal bəy Səlimxanov
10. Xurşidbanu Natəvan – Daşdəmir
11. İmzanın hökmü (Muradın Kələkləri) – Murad
12. Körpüdən mənzərə — Rudolfo
13. "Müsyo Jordan və dərviş Məstəli şah" — Şahbaz bəy
Filmoqrafiya
- Ünvansız qız
- Bəyaz Həyat
- Olacağa Çarə Yoxdur
- Adam ol! 2
- Sonuncu şahid
- Kişiləri qoruyun
- Cavid ömrü
- Ayrılıq imiş
- Qaydasız döyüş
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)