İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Mədəniyyət xadimlərimiz içində bir neçə Arif Babayev olubdur. Musiqi və kino sahəsinin məşhur Arif Babayevləri. Üstəlik, nisbətən uzaq dövrlərdə bir Arif Babayev də olub. Həm rejissor, həm ssenarist, həm aktyor kimi kinonun hər tərəfinə nüfuz etməyi bacarıbdır.
Rejissor Arif Babayev 25 sentyabr 1928-ci ildə Bakıda anadan olub. 1947-1953-cü illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1956-1968-ci illərdə Azərbaycan Dövlət Teleradio komitəsində çalışıb.
1964-cü ildən "Azərbaycanfilm" kinostudiyasında bir neçə sənədli, 8 tammetrajlı bədii və 1 qısametrajlı bədii film çəkib.
Rejissor kimi
1. Dostluq dili
2. Xəzərdə möcüzə
3. Xəzər sahilində şəhər
4. Şən əhvalatlar
5. Zirvə
6. Şəhərimizin uşaqları
Ssenari müəllifi kimi
1. Dostluq dili
2. Şəhərimizin uşaqları
3. 10 dəqiqə poeziya
4. "Artek"in bütün qızılı
5. Bahar gəlir
Aktyor kimi
1. İnsan məskən salır
2. Bizi bağışlayın
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı
- İrəvanda II Zaqafqaziya və Ukrayna respublikaları filmlərinin "Prometey-68" zona kinofestivalında "İnsan məskən salır" filmi üçün "ən yaxşı debütə görə" Diplom
- Kiyevdə Zaqafqaziya və Ukrayna respublikalarının "Prometey-69" III zona kinofestivalında "Uşaqlığın son gecəsi" filmi üçün Gənclik üçün ən yaxşı filmə görə Mükafat
- Bakıda VII Ümumittifaq kinofestivalında "Ömrün ilk saatı" filmi üçün fəhlə sinfi və nəsillərin varisliyi mövzusuna müraciətə görə həvəsləndirici Diplom
- "Birisigün, gecəyarısı…" filmi üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin çekistlər və sərhədçilər haqqında ən yaxşı kino əsəri üçün III mükafat
- "Birisigün, gecəyarısı…" filmi üçün Azərbaycan Dövlət Mükafatı.
26 avqust 1983-cü ildə 54 yaşında vəfat edib. Rejissor haqqında 2000-ci ildə "Kinorejissor Arif Babayev" sənədli filmi, həmçinin bir neçə televiziya filmləri çəkilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(25.09.2025)