Teatrdan uzaqlaşdırıdlar, 10 il səhnəyə həsrət qaldı… Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Teatr həiqətən də möcüzəvi bir yerdir. Onun sehrinə düşdünsə, bir də heç vaxt bu sehirdən qurula bilmirsən.

Bu gün sizə tetara sədaqətlə xıdmət edən bir aktrisa - Azərbaycan Respublikasının Əməkdar Artisti Əminə Babayeva barədə danışacağam. Əlbəttə ki, 75 illik yubileyini qeyd edən, haqsızlıqlarla üzləşən Əminə xanım barədə söz açmamaq qəbahət olardı.

 

Əminə Babayeva 27 avqust 1950-ci ildə Bakı şəhərində anadan olub. Səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb. İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb. Teatrda ilk rolu X. Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub.

 Teatrda işlədiyi müddət ərzində o həm klassik, həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. Ə. Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış edirdi. Oynadığı bir çox teatr tamaşaları və televiziya tamaşalarının lentləri Qızıl Fondda saxlanılır.

Aktrisa 1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olan xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlayıb, daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışıb.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə - Ana roluna çəkilib, eləcə də bir neçə bədii filmlərdə rol alıb..

2002-ci ildə televiziya rejissoru Rövnəq Həsənli Əminə Babayevanın həyat və yaradıcılığından bəhs edən "Bu nağılın sonu yoxdu" adlı film çəkib. 16 il Akademik Milli Dram Teatrından uzaqlaşdırmasından sonra 2006-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan Əminə Babayeva T. Kazımovun "İmzanının hökmü" tamaşasında Nazlı xanım obrazını yaradıb və o gündən teatrda fasiləsiz çalışır.

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı

1969–1990-cı illərdə oynadığı rollar

- Rəmziyyə("Bağ qonşuları"X. Vahidin)

- Naz-Naz ("Yol ayrıcında", İslam Səfərli)

- Vəfa, Vəfanın qızı ("Xəyyam" Hüseyn Cavid)

- Fitnə ("Fitnə", Abdulla Şaiq)

- Rassa ("Nazirin xanımı", Branislav Nuşiç) (birinci quruluş, 1970-ci il)

 

2006-cı ilə Akademik Milli Dram Teatrında yenidən qayıdığı gündən teatrda oynadığı rollar

- Nazlı xanım ("İmzanının hökmü" Tofiq Kazımov)

- Missis Boyl ("Tələ", Aqata Kristi)

- Semeçka satan("Qatarın Altına Atılan Qadın" Afaq Məsud)

- Gülpəri ("Qaraca qız", Abdulla Şaiq)

- Pəri xanım ("Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə)

 

Filmoqrafiya

1. Kişilər

2. Göz həkimi

3. Qeybdən gələn səs

4. Bu nağılın sonu yoxdu

5. Mötəbər insanlarımız

6. Sonuncu şahid (film

7. Sarıköynəklə Valehin nağılı

 

Mükafatları

- İlin ən yaxşı aktrisası

- Fəxri mədəniyyət işçisi

- "Sənətkar" medalı

- "Azərbaycan Respublikasının Əməkdar Artisti" fəxri adı

 

“Ədəbiyyat və incəsənət”

(27.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.