İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, məşhur rejissor Fuad Hacıyev – cəmi 9 gün öncə onun barəsində yazmışdım. 22 iyul onun doğum günü idi. Budur, bu gün yenidən onun barəsində yazıram. 31 iyul onun vəfat etdiyi gündür.
Fuad Hacıyev 22 iyul 1942-ci ildə anadan olub. 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gediblər. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında müxtəlif əsərləri səhnələşdirib.
Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevaların tələbələri rejissorluq edir.
O, SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu atasının adını özünə təxəllüs götürüb və Fuad Raufoğlu olub.
Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib. Fuad Hacıyev də daxil olmaqla Rauf Hacıyevin bütün övladlarına Qərib Soltan Məlikova nənəlik edib.
Fəaliyyəti
- Rejissorluq etdiyi tamaşalar
1. Çox bilmiş: Aleksandr Ostrovski
2. Kəndli kürəkən: Mösyo De Peargennac
3. Arvadının yanına qaç: Ray Kooney
4. İki bəyin uşağı: Karlo Qoldoni
5. Qaranlıqda komediya: Peter Şaffer
6. Qaç ata, qaç: Ray Kooney
Rejissorluq etdiyi opera və operettalar
- Ana, mən evlənirəm : Bakı
- Ana, mən evlənirəm : Moskva
- Yolayrıcı : Bakı
- Yolayrıcı: Moskva
- Arşın mal alan (operetta): Üzeyir Hacıbəyov
- Ana, mən evlenirəm : Ankara Dövlət Opera və Balet teatrı
Məşhur rejissor 31 iyul 2023-cü ildə 81 yaşında Konya şəhərində vəfat edib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(31.07.2025)