Türkiyədə 100-dən çox tamaşaya quruluş vermiş rejissor Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Fuad Hacıyev. Bu ad çoxunuza tanış gəlməz. Çünki o, yaradıcılıq dövrünün əsas hissəsini qardaş Türkiyədə keçiribdir.

Bu gün Fuad Hacıyevin doğum günüdür və haqlı olaraq onun adını çəkməyimiz yerinə düşər.

 

Fuad Hacıyev 1993-cü ildə Türkiyənin Selçuk Universitetinin rektoru Xəlil Cinin dəvəti ilə həyat yoldaşı Zaminə Hacıyeva ilə birlikdə Türkiyəyə gedib. Orada teatr bölümünün əsasını qoyub. Konya Səlcuk Universitetinin Dilek Sabançı Dövlət Konservatoriyasında 25 ildən artıq müəllimlik edib. Bununla yanaşı Ankara Dövlət Teatrı, Antalya və Mersin Dövlət Opera və Balet Teatrında onun müxtəlif əsərləri səhnələşdirib.

Ustad rejissor Türkiyədə yaşadığı illər ərzində 100-dən çox səhnə əsərinə quruluş verib. Hazırda Türkiyədə fəaliyyət göstərən teatrların böyük əksəriyyətində Fuad və Zəminə Hacıyevlərin tələbələri rejissorluq edir. O, SSRİ Xalq artisti, dünya şöhrətli azərbaycanlı bəstəkar Rauf Hacıyevin oğludur. Rauf Hacıyev vəfat etdikdən sonra oğlu atasının adını özünə təxəllüs götürüb və Fuad Raufoğlu olub.

Rauf Hacıyevi görkəmli maarifçi, Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabinin qızı Qəribsoltan Məlikova böyüdüb, analıq edib. Fuad Hacıyev də daxil olmaqla Rauf Hacıyevin bütün övladlarına Qərib Soltan Məlikova nənəlik edib.

 

Fəaliyyəti

- Rejissorluq etdiyi tamaşalar

 

1. Çox bilmiş: Aleksandr Ostrovski

2. Kəndli kürəkən: Mösyo De Peargennac

3. Arvadının yanına qaç: Ray Kooney

4. İki bəyin uşağı: Karlo Qoldoni

5. Qaranlıqda komediya: Peter Şaffer

6. Qaç ata, qaç: Ray Kooney

 

Rejissorluq etdiyi opera və operettalar

 

- Ana, mən evlenirəm : Bakı

- Ana, mən evlenirəm : Moskva

- Yolayrıcı : Bakı

- Yolayrıcı:  Moskva

- Arşın mal alan (operetta): Üzeyir Hacıbəyov

- Ana, mən evlenirəm: Ankara Dövlət Opera və Balet teatrı

 

Məşhur rejissor 31 iyul 2023-cü ildə 81 yaşında Konya şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(22.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.