İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqında danışacağım aktrisanı mən “Cavid ömrü” filmindən tanımışam, ifasını bəyənmişəm. Azərbaycanın əməkdar artisti Həcər Ağayevadan danışıram. Bu 22 iyul günündə 39 yaşını qeyd edən aktrisa 1986-cı ildə anadan olub. Orta təhsil aldığı Azərbaycan Dövlət incəsənət Gimnaziyasinin xoreoqrafiya şöbəsini və S.Vurğun adına Dövlət Rus Dram Teatrının nəzdində aktyorluq studiyasını bitirib.
2004-2009 illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr rejissoru fakültəsində təhsil alıb.
2004-cü ildənS.VurğunadınaRusDramteatrınınaktrisasıdır. Rus Dram Teatrına gedən tamaşaçılar onun ifalarını xüsusən bəyənirlər, böyük izləyici ordusu vardır.
Akademik Milli Dram Teatrında, ÜNS Teatrında, Teatr Xadimləri İttifaqının nəzdində Gənc Aktyorların laboratoriyasında tamaşalarda çıxış edib.
Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına və Prezident Mükafatına layiq görülüb.
Filmoqrafiya
- Bir dəfə Qafqazda
- Cavid ömrü
- Tanrıverdinin nağılı
- Laplandiyalı qonaq
- Sonuncu dərviş
- Aramızda qalsın
- Vəkil hanı?
- Şəbəkə
- Sirr
- Həyat, sən nə qəribəsən.
- 2 ömür
- Həddən artıq uyğunluq.
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(22.07.2025)