Aktrisanın yaratdığı obrazlar qalereyası müxtəlifliyi ilə seçilir Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

 Azərbaycan Respublikasının Əməkdar artisti Nahidə Orucovanın bu gün doğum günüdür, 64-nü qarşılayan akrtisa 65-ə doğru yön alır.

 

O, 1961-ci ildə iyulun 18-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram-kino aktyorluğu» fakultəsini bitirib. Bir müddət Sumqayıt Dövlət Dram Teatrında çalışıb. Orada işlədiyi müddət ərzində bir sıra tamaşalarda iştirak edib. 1993-cü ildə Ş. Qurbanov adına Musiqili Komediya Teatrına «Solist - vokalist» vəzifəsinə təyin olunub.

 

Bu müddətdə o Cavanşir Quliyev, Əli Əmirli «İtkin ər» tamaşasında İzabella, A. Qüdrət, Ramiz Mustafayev «Volqalı canan»da Şəlalə xanım, Emin Sabitoğlu, Tamara Vəliyeva «Bankir adaxlı»da Səmayə xanım, Rəşid Şəfəq, Abdulla Şaiq «Bir saatlıq xəlifəlik»də Səkinə xanım, Oqtay Rəcəbov, Aqşin Babayev «Əlin cibində olsun»da Gülşad xanım və s. tamaşalarda yaratdığı obrazlarla yadda qalıb.

Amma onu tanıdan filmlər olubdur.

"Asif, Vasif, Ağasif”də Musiqi müəlliməsi, "Ayrılıq imiş”də Xidmətçi, "Biz qayıdacağıq”da Həkim, "Xüsusi vəziyyət”də Şikayətçi, "Kişiləri qoruyun”da  Rübabə, "Qızlar”da Sədaqət, "Moskva-Bakı qatarı”nda Satıcı, "Nə gözəldir bu dünya...”da  Asim Əliyeviçin arvadı, "Pəncərədə işıq”da (film-tamaşa) Bardakı qadın, "Spasibo”da Yengə, "Tam məxfi” də Səbinənin anası, "Yanmış körpülər”də Qreta, "Yük”də Qulluqçu Kübra, "Yurd yeri”ndə Hüsniyyə kimi yaddaqalan obrazlar yaradıb.

Filmoqrafiya

 

- Asif, Vasif, Ağasif

- Xüsusi vəziyyət

- Pəncərədə işıq

- Yük

- Yurd yeri 2

- Spasibo

- Nə gözəldir bu dünya...

- Qız qalası

- Tam məxfi

- "Moskva-Bakı" qatarı

- Kişiləri qoruyun

- Qızlar

- Biz qayıdacağıq

 

Aktrisa 8 dəfə Prezident mükafatına layiq görülüb.

Allah xeyirli ömür nəsib etsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.