İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Kino və teatra ümdə maraq var idi, bu sahəyə düşmək çətin idi, düşdünsə, ad çıxarmaq lap müşkül sayılırdı. Bax o illərdə Azərbaycanın teatr və kino aktyoru Hacı Murad Yagizarovun adı özünü təsdqiləmişlərin sırasında idi.
Azərbaycan SSR xalq artisti Hacı Murad Yagizarov 18 iyul 1939-cu ildə Bakıda anadan olub. Hələ məktəbdə oxuduğu dövrdə dram dərnəyində çıxış edib. Çıxışı izləyən görkəmli aktyor Ələsgər Ələkbərov ona Teatr İnstitutuna daxil olmağı məsləhət görüb. M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Məhərrəm Haşımovun kursunda təhsil alıb. 1962-ci ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib.
Filmoqrafiya
1. Arşın mal alan
2. Aygün
3. Babək
4. Bağ mövsümü
5. Bir cənub şəhərində
6. Birisigün, gecəyarısı...
7. Bizi bağışlayın
8. Böyük dayaq
9. Ən vacib müsahibə
Mükafatları
- "Azərbaycan SSR əməkdar artisti" fəxri adı
- "Azərbaycan SSR xalq artisti" fəxri adı
- Azərbaycan SSR Dövlət mükafatı
- "Qızıl Dərviş" mükafatı
- "Şöhrət" ordeni
- "Şərəf" ordeni
Allah xeyirli ömür nəsib etsin!
“Ədəbiyyat və incəsənət”
(18.07.2025)