Bütün ömrünü teatra bağlayan aktrisa Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət

 

Bütün həyatını teatra bağlayan adamlar tək-tük olur. Azərbaycan sənətçisi, aktrisa Ofeliya Məmmədzadə belələrindəndir.

 

O,1965-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa kimi fəaliyyət göstərib. Arada teatrını dəyişib, sonra yenidən bura qayıdıb. 1999-cı ildə yenidən teatrdan çıxıb, amma 6 il sonra bir daha teatra qayıdası olub.

Teatr onu ömrü boyu öz cazibəsində saxlayıb.

 

Uzun illər ərzində bu teatrın səhnəsində Asya, Telli (Ü.Hacıbəyov "Arşın mal alan", "O olmasın, bu olsun"), Matan xanım (Ş.Qurbanov "Özümüz bilərik"), Nazpəri (R.Hacıyev "Talelər qovuşanda"), Təşəkkür xanım (R.Mustafayev "Volqalı canan") rollarında çıxış edib.

 

Bu müddət ərzində bir çox yadda qalan obrazlar yaradıb. “Gəlməli, görməli, gülməli” Miniatür Teatrında yaratdığı obrazlar da unudulmaz olub. Məmmədzadə görkəmli gülüş ustaları Bəşir Səfəroğlu, Əliağa Ağayev, Hacıbaba Bağırov və başqaları ilə tərəf müqabili olub.

Ofelya Məmmədzadə Əməkdar Artist fəxri adına layiq görülüb.

 

1977-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışmağa başlayıb.  Burada H.Cavidin "Səyavuş" əsərində Kəndçi qızı, "İblis"də Rəna, S.Vurğunun "Vaqif" əsərində Gəlin və Gürcü qızı, C.Cabbarlının "Oqtay Eloğlu" əsərində Firəngiz, S.Rəhman "Yalan" əsərində Kəklik, İ.Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərində Gövhər xanım obrazlarını məharətlə yaradıb.

 

Filmoqrafiya

 

1. 777 №-li iş

2. Arşınmalçı

3. Arvadım mənim, uşaqlarım mənim

4. Bir cənub şəhərində

5. Burulğan

6. Əlavə iz

7. 7. Gethagetdə

8. Köç

9. Poçt qutusu

10. Yenilməz batalyon

11. Zəncirbənd

 

O, 11 iyul 2007-ci ildə dünyasını dəyişib.

Ruhu şad olsun.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.