Murad Vəlixanov, «Ədəbiyyat və İncəsənət»
Coker (ing. Joker) — Todd Fillipsin rejissorluğu ilə 2019-cu ildə çəkilmiş ABŞ psixoloji triller filmidir."Coker" filmini çəkmək ideyası Fillipsə ilk dəfə 2016-cı ildə gəlmişdir. O, filmin ssenarisini 2017-ci ildə Silver ilə birlikdə yazmışdır. Cütlük Martin Skorsezenin 1970-ci illərdə çəkdiyi filmlərdən və onun personaj tədqiqlərindən ilham almışdır. Skorseze özü ilk vaxtlarda filmin prodüserliyini etmişdir.
Filmin məzmunu "Batman: The Killing Joke" (1988) qrafik romanına əsaslanmışdır, ancaq Fillips və Silver ilham mənbəyi üçün müəyyən bir komiksə baxmamışdır. Feniks filmə 2018-ci ilin fevral ayında qoşulmuş, həmin ilin iyul ayında rolu canlandırmaq hüququna malik olmuşdur. Filmin aktyor heyətinin əksəriyyəti filmə həmin ilin avqust ayında qoşulmuşdur. İlkin çəkilişlər 2018-ci ilin sentyabr ayından dekabr ayına qədər davam etmiş və Nyu-York, Cersi-Siti və Nyuark şəhərlərində gerçəkləşmişdir. "Coker" ilk bədii Betmen filmidir ki, Amerika Kinokompaniya Assoasiyası (AKA) tərəfindən "R" reytinqi alsın.
"Coker" filminin premyerası 31 avqust 2019-cu ildə Venesiya Beynəlxalq Film Festivalında keçirilmişdir. Film festivalın ən əhəmiyyətli mükafatı olan "Qızıl Şir" mükafatına layiq görülmüşdür. Filmin Azərbaycandakı premyerası 3 oktyabr, ABŞ-dəki premyerası isə 4 oktyabr 2019-cu ildə gerçəkləşmişdir. Film tənqidçilər arasında müzakirələrə səbəb olmuşdur. Feniksin ifası geniş şəkildə təriflənmişdir, ancaq filmin qaranlıq tonu, zehni xəstəlikləri və şiddəti necə təsvir etməsi qarışıq reaksiyalara səbəb olmuşdur. "Coker" filmi gerçək həyatda zorakılığa ilham mənbəyi kimi fəaliyyət göstərilməsi ehtimalı ictimaiyyətdə narahatlılıq yaratmışdır.
1981-ci ildə Artur Flek anası Penni ilə Qothem şəhərində yaşayır və muzdlu kloun kimi işləyir. O, onun vaxtsız-vədəsiz gülməsinə səbəb olan nevroloji bir xəstəlikdən əziyyət çəkir və dərmanlar almaq üçün tez-tez sosial xidmətlər işçisinə müraciət edir. Bir qrup küçə uşağının Arturun lövhəsini almasından və onu dalanda döyməsindən sonra onun iş yoldaşlarından biri ona borca silah verir ki, özünü qoruya bilsin. Artur həmçinin, tək ana olan Sofi ilə tanış olur və onu öz stend-ap komediya çıxışına dəvət edir.
Uşaq xəstəxanasındakı çıxışı zamanı Arturun silahı onun cibindən düşür. Bu isə onun işdən qovulmasına səbəb olur. Artur öyrənir ki, sosial xidmət proqramı ləğv olunur və onun dərman almasının heç bir yolu olmur. Metroda evə gedərkən üç Uoll-Strit biznesmeni tərəfindən narahat edilir və döyülür. Artur onları öldürür. Bu, bilməyərəkdən Qothem şəhərinin zənginlərinə qarşı olan bir etiraz hərəkatına start verir. Etirazçılar kloun maskaları ilə gəzirlər.
Sofi Arturun stend-ap komediya çıxışına qoşulur, hansı ki, çox bərbad keçir. O, qeyri-ixtiyari şəkildə gülür və zarafatlarını çatdırmaqda çətinlik çəkir. Populyar bir tolk-şou aparcısı Mürrey Frenklin onun çıxışının bir videosunu birbaşa efirdə göstərir və Arturu ələ salır. Artur yerli bir milyoner olan Tomas Ueynə yazdığı məktubu oğurlayır. Bu məktubda Arturun Ueynin vələduzinnası olduğunu iddia edir. O, bu sirrə görə öz anası danlayır. Çox keçmədən Penninin halı pisləşir və xəstənaya göndərilir. Artur onun metrodakı atışmasdakı iştirakını araşdıran iki xəfiyyə ilə qarşılaşır, ancaq Artur bunu yalanlayır.
Artur Tomas Ueyni axtarıb tapır və ayaqyolunda onun qarşısına çıxır. Ueyn ona deyir ki, Penninin zehni xəstəliyi var və Arturun bioloji anası deyil. Qəzəblənmiş Artur Arkhem Xəstəxanasını ziyarət edir və Penninin qovluğunu oğurlayır ki, bu iddianı təsdiqləsin. O, aşkar edir ki, uşaq olarkən tərk edildikdən sonra övladlıq götürülür. O həmçinin, Penninin uşaq olarkən ona fiziki şiddət göstərdiyini, hətta onun bilaixtiyar gülməsinə səbəb olan ciddi baş travmasının səbəbkarı olduğunu öyrənir. Dərrakəsini itirmiş Artur xəstəxanaya qayıdır və anasını öldürür. Artur mənzilinə geri qayıdır və Sofinin otağına daxil olur. Qorxmuş Sofi ona deyir ki, otağı tərk etsin və göstərilir ki, Sofi əslində Arturun xəyalında olmuş bir insandır və gerçək deyil.
Frenklinin verilişindən olan bir nümayəndə Artura zəng edir və ona təklif edir ki, verilişə qonaq olaraq gəlsin. Artur bu təklifi qəbul edir və birbaşa efirdə intihat etməyi planlaşdırır. Keçmiş iş yoldaşları qrim və geyimini hazırlayan Artura ziyarət edir və onun anasının ölümünə başsağlığı bildirir. Artur onlardan birini öldürür, ancaq digərini buraxır, çünki o, keçmişd Artura yaxşı davranıb. Artur studiyaya gedərkən iki xəfiyyə ilə qarşılaşır. Artur onlardan qaçır və içərisi kloun etirazçılar ilə dolu bir qatara minir. Xəfiyyələrdən biri təsadüfən bir etirazçını qətlə yetirir və iğtişaşa səbəb olur. Yarnan xaos Arturun hadisə yerindən qaçmasına imkan yaradır.
Veriliş başlamazdan əvvəl Artur Mürreydən xahiş edir ki, onu "Coker" olaraq təqdim etsin, çünki Mürrey onu ələ salan zaman ona belə xitab etmişdir. Artur verilişə ilıq bir halda daxil olur, acnaq daha sonra ibarəli danışaraq metroda öldürülənlərin qatili olduğunu etiraf edir və cəmiyyətin onu necə tərk etməsindən, onu ələ salmasından gileylənir. Artur polis nəzarətinə alınmazdan əvvəl Mürreyi birbaşa efirdə qətlə yetirir və şəhər xaosa bürünür. Etirazçılardan biri Ueyn ailəsini izləyir və Tomas ilə Martanı bir dalanda qətlə yetirir. Bu isə onların uşağı olan Brüs Ueynin yetim olmasına səbəb olur. Ambülansda olan etirazçılar polis avtomobili ilə toqquşur və Arturu xilas edir. Etirazçılar onu qəhrəman kimi qarşılayır və Artur onların harayları ilə rəqs edir.
Artur yenidən polis nəzarətinə alınır və Arkhem Xəstəxanasına yerləşdirilir. O daha sonra sanitarlardan birini öldürür və qaçır...
“Ədəbiyyat və incəsənət”
(09.07.2025)