İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
“Möhtəşəm yüz il” serialı tək Türkiyənin deyil, ümumən dünya serial industriyasında bir partlayış etdi, milyarda yaxın auditoriya topladı. Əlbəttə ki, Türkiyədən başqa Şərq ölkələrində və müsəlmanlar arasında – Azərbaycan, Orta Asiya dövlətləri, Ərəb dövlətləri və s. əhatə dairəsində serialın populyarlığı başa düşülən idi. Amma ki, onun, məsələn, İngiltərədə nümayişi şəxsən mənim üçün gözlənilməz idi. Demək ki, layiq imiş.
Bu serialda əməyi keçən hər kəs məşhurlaşdı, o cümlədən də indi haqqında danışacağımız Ekin Koç.
Bu gün növbəti doğum gününü qeyd edən Ekin Koç 21 iyun 1992-ci il tarixində Antalyada anadan olub. Orta məktəbi bitirdikdən sonra İstanbul Bilgi Universitetində təhsilini davam etdirib. Aktyor olaraq ilk dəfə 2013-də Sana bir sırr vereceğim serialında oynayıb. 2014-cü ildə Seyfi xarakteri ilə Benim Adım Gültepe adlı serialında oynamış, həmçinin 2015-də Neslihan Atagül ilə Senden Bana Kalan kinosunda da başrol olaraq yer alıb.
Star TV-də izlənən Möhtəşəm Yüz İl -Kösəm serialında isə Sultan I. Ahmet xarakterini canlandırıb.
2018-ci ildə Farah Zeynep Abdullah la birlikdə canlandırdığı "Bizim Için Şampiyon" da Halis Karataş rolünü, 2020-ci ildə Uyanış Büyük Selcuklu dizisində Sencer bey rolunu oynayıb.
Filmoqrafiya
1. Öldürdüğün Şeyler
2. Taş, Kağıt, Makas
3. Sen İnandır
4. Kurak Günler
5. Okul Tıraşı
6. Nizami Alem
7. Üç Kuruş
8. Uyanış: Büyük Selçuklu
9. Bizim İçin Şampiyon
10. Bozkır
11. Hayat Sırları
12. 7 Yüz
13. Senden Bana Kalan
14. Ali ve Nino
15. Muhteşem Yüzyıl: Kösem Sultan
16. Sana Bir Sır Vereceğim
17. Benim Adım Gültepe.
Hazırda türk kinosu böyük yüksəlişdədir, Netflix platformasından Bozdağfilm və digər məşhur kinokompaniyalar çox böyük sifarişlər alır, filmlər çəkirlər. Təbii ki, belə münbit mühitdə Ekin Koç kimi istedadlı aktyorlar da yalnız inkişaf etməkdədirlər.
“Ədəbiyyat və incəsənət”
(21.06.2025)