“Beni böyle sev” onu məşhurlaşdırdı Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Türk serialları daim trenddədir. Bir ara deyirdilər ki, seriallara ancaq evdar qadınlar baxırlar. Amma indi gənclərdə həvəslə türk seriallarına tamaşa edirlər. Maraq, öldürücü intriqa, üstəlik də sevilən aktyorların ifası.

 

Tanınmış türk aktrisası Eda Ecenin doğum günüdür.

O, 20 iyun 1990-cı ildə İstanbulda  dünyaya göz açıb. Şişli Terakki Liseyini, daha sonra İstanbul Bilik Universitetinin Psixologiya Bölməsini bitirib. 3 qızı olan ailənin kiçiyidir.

2011-ci ildə Show TV-də yayımlanan Pis Yedili serialındakı ilk baş rolluğu ilə tanınıb. 2013-cü ildə Kızım için filmində oynayıb. TRT 1-də yayımlanan “Beni böyle sev” serialının yeni mövsümündə Zeyno obrazı ilə seriala çəkilib.

2015-ci ildə “Kocan kadar konuş” filmində oynayıb, “İlişki Durumu: Karışık” serialında rol alıb. “Yasak elma” serialında baş rol oynayıb

 

Filmoqrafiya 

 

1. Deliha 2

2. Beni böyle sev 

3. Kızım için 

4. Yasak elma 

5. Mahpeyker Kösem Sultan 

6. İlişki durumu: karışık 

7. Kocan kadar konuş: diriliş 

 

“Ədəbiyyat və incəsənət”

(20.06.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.