İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün Azərbaycan Respublikasının əməkdar artisti Nicat Kazımovun doğum günüdür. Nicat Kazımov həqiqətən tanınır, bir sıra çox mühüm layihələrdə iştirak edib. Gəlin onun barəsində danışaq.
17 iyun 1972-ci ildə Şabranda anadan olub. Orta təhsilini Ceyranbatanda yerləşən səkkizillik məktəbdə (1979-cu ildən), 3-cü sinifdən isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə alıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunda Əlabbas Qədirovun kursunu və Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirib. Film, serial, reklam və kliplərdə çəkilib, televiziya verilişlərində aparıcılıq edib. Əcnəbi filmlərin dublyajında iştirak edib. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Bakı Musiqi Akademiyasında və Bakı Xareoqrafiya Akademiyasında dərs deyir. 2023-cü ildə haqqında "Yaşanan yarım əsr" sənədli filmi çəkilib. Rusiya Federasiyasının Moskva şəhərində Konstantin Raykinin Səhnə Sənətləri Ali Məktəbində dram teatrı rejissorluğu üzrə əlavə peşə təhsili alıb.
Quruluş verdiyi tamaşalar
1. Tık-tık və Tuk-tuk
2. Cənnətin üç
3. Qırmızı papaq
4. Ələddinin sehrli çirağı
5. Nizami Gəncəvi. Xeyir və Şər
6. Samuil Marşak. Pişiyin evi
7. Blangi Marvin. Yatmış gözəl
8. "Qoğal" nağıl tamaşa
9. "Çirkin ördək balası"
10. Məhəmməd Füzuli. "Leyli və Məcnun"
11. "El bilir ki, sən mənimsən" (Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir)
Filmoqrafiya
- Spasibo
- Mən sənin dayınam
- Cavanşir
- Bir anın həqiqəti
- Sonuncu şahid
- Qızlar
- Sirat körpüsü
- Daş atan
- Qağayı
- Tahirənin intiqamı
- "Əli və Nino" çoxseriyalı film
- 100 kağız
- QUL
“Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adına, Prezident Mükafatına layiq görülüb.
Böyük Britaniyada II Yelizavetanın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi" yubiley medalı, 2021-ci ildə bir daha "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı, 2022-ci ildə "Şücaətə görə" və "Nizami" medalları ilə təltif olunub.
“Ədəbiyyat və incəsənət”
(17.06.2025)