Əkbər Qoşalı “Türk ocağı” və “Könül səyahəti”ndə

Rate this item
(1 Vote)

 

Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının hekayəsi tatarca, şeirləri isə qırğızca tərtib olunan antologiyada yayınlanıb.

 

Müəllifin “Ədəbiyyat və incəsənət” portalına verdiyi məlumata görə, Tatarıstan Yazıçılar Birliyinin başqanı, Xalq yazıçısı, Millət vəkili Rkail Zəydullanın layihə rəhbəri və önsöz yazarı olduğu “Türk ocağı” antologiyasında Əkbər Qoşalının “İradə, mən ölürəm” hekayəsi verilib. Hekayəni tatarcaya Əməkdar incəsənət xadimi Rifat Camal çevirib.

Türk dünyasının fərqli ədəbi nəsillərinə məxsus şair və yazıçıların əsərləri toplanmış “Türk ocağı”, Kazanda - “Yazıçı” nəşriyyatında bu ilin mayında gün üzü görüb.

“Könül səyahəti - Qırğızıstan” adlı Türk dünyası poeziya antologiyası isə qırğızca çıxıb. - “Gülce yayınları”ndan çıxan antologiyada 28 şairin şeiri toplanıb. Antologiyanın ideya müəllifi və tərtibçisi “Fəthiyə Ədəbiyyatçılar Qrupu”nun başqanı, tanınmış şair və ictimai xadim Coşğun Karabulutdur. Şeirləri qırğızcaya  istedadlı şair, Qırğız Milli Yazıçılar Birliyinin və DGTYB-nin üzvü Kaliça Jakup çevirib.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2024)