Bu beş şərtə diqqət edək! Featured

Rate this item
(0 votes)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

                                   

Bütün əvvəlki hissələrdə uğura aparan konkret yollardan bəs etdikcə özümüzə əxz edə bildik ki,

 1) «Hər şey arzulamaqdan başlayır»;

 2) «Uğura doğru getməkçün mütləq özündə möhkəm xarakter formalaşdırmalısan»;

 3) «Sizə maneçilik törədən axmaq vərdişlərdən mütləq yan qaçmalısınız»;

4) «Məqsədə doğru iləriləyərkən ən kreativ üsullardan istifadə etməlisiniz»;

 5) «Kifayət qədər gödək olan ömrü dəyərli yaşamaqla, dəyərsiz işlərə vaxt ayırmamaqla bir qədər uzatmalısınız».

Mən niyə məhz bu beş şərtlərin adını çəkdim? Çünki bu şərtlərlə bağlı ən mükəmməl hesab etdiyim motivasiya təlimlərini sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bunlar da Barbara Şer, Riçard Vaysman, Devid Şvarts, İrina Xakamada və Den Valdşmidtə məxsusdur.

Bacardığınız qədər hər bir frazaya diqqət etməyi sizdən rica edirəm. Beləliklə, sıra ilə Barbara Şerin «arzulamalarından» başlayıb ta ki, Den Valdşmidtin «6 il əlavə yaşamaq» sirrinə qədər davam edirik.

Sabah  “Arzuları necə həyata keçirməyin Barbara Şer təlimatı” sizlərə təqdim ediləcək.

 

“Ədəbiyyat və incəsənət”

(21.05.2024)