2021-ci ildə "KinoPoisk" serverində film və seriallar arasında ən çox izlənən film superqəhrəman barədə blokbaster - "Zak Snayderin Ədalət Liqası” (Zack Snyder ' s Justice League) filmi oldu. “Ədəbiyyat və incəsənət” portalı "KinoPoisk" serverinin mətbuat xidmətinin məlumatını təqdim edir.
"Top-un lideri və xidmətdə ilin əsas filmi "Zak Snayderin Ədalət Liqası" oldu və iki milyondan çox abunəçi onu izlədi. Ən çox izlənilən filmlər arasında Qay Piçin "İnsan qəzəbi" (Wrath of Man), Oleq Trofimin "Mayor Qrom: çılğın doktor" filmləri də var. Ümumən 12 film 1 milyon baxış göstəricisini keçib. Adıçəkilən filmlərdən başqa siyahıda "Konyok-Qorbunok", "Major. Film", “Topi” və digər filmlər var, mətbuat xidməti bildirib.
Servisdə aydınlıq gətirildiyi kimi, reytinq "KinoPoisk”də premyeranın tarixindən etibarən ilk dörd həftə ərzində film, serial və ya cizgi filminə baxmış abunəçilərin sayına görə tərtib edilib. Top-20-də eləcə də "Qida bloku", "Prinsipsiz", "Mən zarafat etmirəm" serialları, "Rik və Morty" cizgi filmləri, "Rayya və son əjdaha" (Raya and the Last Dragon), "Soul" (Soul) və digər layihələr yer alıb.
"2021-ci ildə Rusiya kinosu və seriallarının populyarlığı artıb: onları servisdə görmək üçün seçənlərin payı 16% artıb, top – 20-yə düşən filmlərin, serialların və cizgi filmlərinin yarıdan çoxu yerli istehsaldır", - deyə servisdə əlavə ediblər.
"KinoPoisk" statistikasına görə indiyədək ən çox vaxt ərzində- 25 milyon saatdan çox abunəçilər "Fövqəltəbii" (Supernatural, 2005-2020) serialına baxıblar, əksər hallarda onlar habelə fantastik "Üzüklərin hökmdarı" franşizasının birinci hissəsini - "Üzüklərin hökmranlığı: Üzüklərin qardaşlığı" (The Lord of the Rings: The Fellowship of the Ring) franşizasını təkrar-təkrar nəzərdən keçirirdilər.
Sonda bir narahatlıq doğuran faktı da qeyd edək. Hazırda Rusiya kinoindustriyasında açıq-aşkar erməni müdaxiləsi hiss edilməkdədir. Ermənilər kiçik kinokompaniyaları alır, irilərdə isə prodüsser, rejissor, film direktoru kimi mövqe qazanmaqdadırlar. Təsadüfi deyil ki, yeni rus filmlərində ya müsbət obrazlardan biri, ya bir neçəsi erməni olur, ya qəhrəmanlar məişətdə erməni yeməklərindən, erməni konyakından dadırlar, ya da mütləq erməni aforizmləri, atalar sözləri, erməni musiqisi işlənir. Elə “KinoPoisk” rəsmilərinin qeyd etdikləri populyar rus filmlərinin bəziləri də bu cəhətdən xarakterikdir.
Olduqca mənfi, bizim ziyanımıza olan bir tendensiya gedir.