People jurnalının versiyasına görə 2021-ci ilin ən cazibədar kişisi aktyor Poll Rad oldu

Rate this item
(0 votes)

Cari ilin ən cazibədar kişisini və qadınını hər ilin sonlarında elan etmək ənənəsi koronavirus pandemiyası zamanı da unudulmadı. Populyar People jurnalı 52 yaşlı Hollivud aktyoru Poll Radı ilin ən cazibədar kişisi elan etdi.
“Ədəbiyyat və incəsənət” jurnalı Euronews-a istinadən məlumat verir ki, “İnsan-qarışqa”, “Fağır olmaq gözəldir”, “Yarıtmazlar” kimi filmlərlə məşhurlaşmış aktyor bu uğura yumorla yanaşmış, “bundan sonra ulduz xanımlar məni öz tədbirlərinə tez-tez dəvət edəcəklər” söyləmişdir. Onun həyat yoldaşı isə “ çox düzgün seçimdir” deyə Pollun cazibədarlığını bir daha təsdiqləmişdir.
Xatırladaq ki, ötən il bu adı başqa bir amerikalı aktyor, “Marvel”-də  superqəhtəman Kapitan Amerika rolu sayəsində dünya şöhrətini qazanmış Evans əldə etmişdir.
Daha öncə isə "Qara Panter"filmində cani rolunu oynayan aktyor Maykl Bakari Cordan bu şərəfə layiq olmuşdu.
Ən cszibədar qadın seçimi isə bir qədər sonra baş tutacaqdır.
Bu arada daha bir xəbəri də çatdıraq ki, başqa bir reytinq xəbəri də var, Avrasiyanın ən gözəl balaca qızı doqquz yaşlı Rusiya təmsilçisi seçilib. Türkiyənin Antalya şəhərində keçirilən Eurasia 2021-in ən yaxşı uşaq istedad və gözəllik müsabiqəsində birinci yeri Evangelina Melnikova tutub.