Mağazadan qovulan qadına rekviyem - AKTUAL Featured

Rate this item
(7 votes)

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Aktualda bu gün:

Sosial medianı son ərəfələrdə aktiv izləyə bilməsəm də, bir çox mövzuların dildən dilə dolaşması istəməsəm belə artıq mənj də narahat etməyə başlayır. Düşünürəm ki, bir çoxunuz bu yaxınlarda geyiminə görə marketdən qovulan qadının gündəmə gəlməsindən xəbərdarsınız. Məlumatsız olanlar üçün qısa bir məlumat özəti keçmək istəyərdim: hadisə Bakıda mağazalardan birində geyimi açıq olduğu üçün başqa müştəri tərəfindən qovulan xanımın gündəmdə müzakirə yaratmasından ibarətdir. 

Mən bu məsələyə öz növbəmdə iki aspektdən yanaşmaq istəyirəm və buna görə həm özümə həm də siz oxucularıma iki sual verəcəyəm. Öncəliklə sualım xanımın başqa bir həmcinsi və eyni səviyyədə olub sadəcə pulunu verib istədiyini olacaq qadın tərəfindən qovulmasını nə dərəcə düzgün hesab etmək olar? 

Bir digər sualım isə xanımın yarıçılpaq küçədə gəzməsi nə dərəcə doğrudur?

Mən ilk cavabımı ikinci suala vermək istəyirəm. Daha öncələrdə geyimin əxlaq ölçüsü olub olmaması barədə öz fikirlərimi yazdığım bir məqalədə vurğulamışdım ki, geyim əxlaq ölçüsü deyil, lakin əxlaq geyimin ölçüsünü tənzimləyə biləcək bir göstəricidir. 

Hər zaman vurğuladığım kimi yenə qeyd edirəm, mən feminist biri deyiləm, ancaq çox sevdiyim bir cümlədən yola çıxaraq demək istəyirəm ki, daşı ən günahsız olan atmalıdır. Bu gün geyiminə görə fahişə dediyimiz xanımı daş-qalaq edəcək qədər özündə haqq görən bir qism kütlə var ki, daim özlərini Avropa ilə müqaisə edir və ya Amerikanın hər hansısa ştatında yüksək səviyyədə yaşam standartı ilə Azərbaycanın ortastatistik həyat standartlarını eyni tərəziyə qoyub narazıçılıq edir. Və ilk sualıma cavab verərək sırf əqidə, din, dil, irq, cins, geyim üzərindən insanları alçalda biləcək haqqı özlərində görən insanların baxış bucağına da müəyyən dərəcə açıqlıq gətirəcəyəm. Bəli, düz deyirsiniz, mən də sizinlə razıyam, xanımın geyimi ictimai asayiş üçün xeyli vulqar görünsə belə, bizim bəh-bəhlə danışdığımız Avropada, xüsusilə, İngiltərə, Almaniya, İtalyada ictimai asayişə nəzarət edən polis sistemləri qanunvericiklə müəyyən olunmuş səviyyədə geyim forma və standartları tətbiq edir və bu standartlardan kənara çıxan şəxslər müəyyən məbləğlərdə cərimələndiyi üçün hər kəs sərbəst şəkildə müəyyən normalarda geyim standartlarını nəzərə alaraq heç kimin həyatına qarışmadan, öz hədəf və prinsipləri uğruna çalışaraq başqa millət və milliyyətlərlə yarış etmək əvəzinə xoşbəxt olmağı, kin güdməməyi, lazımsız məsələlər üzərindən diqqət çəkməməyi seçirlər.

Kiçik bir xatırlatma: burun nəfəs almağa, gözlər görməyə, beyin düşünməyə, dil danışmağa yarandığı halda çənə və dodaqlar gözlərin görüb burunumuzun işinin olmayacağı yerlərdə zatən biraz düşünən kimi formatlaşdırmasını unudan beyində yaranan düşüncələri dilimizdə dolaşdırıb ağızda bişirilməmiş halda çıxıb cəmiyyəti qınayıb aşağılamaqdan başqa bir işə yaramayan zaman susmaq və susa bilməyənləri susdura bilmək üçün insana lütf olunub. 

Həyat xoşbəxtliyi axtarmağı unudub yaşamaqdan xoşbəxt olmağa başladığımız zaman bizi xoşbəxt hiss etdirir. 

Və yarışmadan yaşamaq diləyi ilə!

 

“Ədəbiyyat və incəsənət”

(30.04.2024)