“İrəvan mətbəxindən nümunələr” layihəsində Yapma baliq (təndirdə)

Rate this item
(0 votes)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Yapma baliğın (təndirdə) hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR 

§ Balıq – 183 qr

§ İstiot – 0,1 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI

30-40 sm uzunluqda olan balıqlar təmizlənir, tam olmamaq şərtilə qarnı yarılır. Balığın başını da, üstünü də saxlamaq şərtilə çənənin altından, tən ortadan kəsilir, bir qədər yastıla- nır. Duzlanıb, istiotlanıb, dərisi çöl tərəfə olmaq şərtilə ətli hissəsi tən- dirə yapışdırılır. Ağzı kip örtülmüş təndirdə 10 dəqiqə ərzində hər iki üzü qızarmış vəziyyətdə hazır olur.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)