“İrəvan mətbəxindən nümunələr” layihəsində Cerqo (qırx gözəl)

Rate this item
(0 votes)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Cerqonun (qırx gözəl) hazırlanma qaydasını təqdim edəcəyik.

 

DÜSTUR:

§ Badımcan – 170 qr

§ Göy lobya – 80 qr

§ Pomidor – 60 qr

§ Bolqar bibəri – 15 qr

§ Acı bibər – 10 qr

§ Soğan – 25 qr

§ Yağ – 25 qr

§ Duz – 4 qr

§ İstiot – 0,05 qr

 

HAZIRLANMASI:

Soğan doğranıb qızardılır. Pomi- dor sürtkəcdən keçirilir və soğana qatılır. Badımcanın qara suyu sıxılır, üzərinə su, lobya, bibər əlavə edilir. Bu xörəyi həmçinin bankalara yı- ğıb konservləşdirmək mümkündür. Cerqo qovurma ilə yeyilir. Bəzi yer- lərdə adına 40 gözəl də deyilir, amma adi halda cerqo adlanır.

 

Nuş olsun!

 

“Ədəbiyyat və incəsənət”

(04.06.2024)