İspaniyanın Baş naziri ölkəni "Avropa Hollivud"una çevirəcəyini bəyan etdi

Rate this item
(1 Vote)

Krallığın hakimiyyət orqanları İspan audiovizual sektorunun inkişafına 1,6 milyard avro ayırmağı planlaşdırır. “Ədəbiyyat və incəsənət”  TASS agentliyinə istinadən bildirir ki, bu barədə cümə axşamı Krallığın Baş naziri Pedro Sançes (şəkildə)  Los-Ancelesə səfəri zamanı bildirib.
Nazirlər Kabinetinin rəhbəri ABŞ-da Netflix, HBO, Warner media, Disney və digər şirkətlərin nümayəndələri ilə görüşüb. O cümlədən, Sançes Krallığın hakimiyyət orqanlarının İspan audiovizual sektorun inkişafına 1,6 milyard avro ayırmağı planlaşdırdığı planını dilə gətirərək planın əsas elementlərini açıqlayıb.
Bu təşəbbüs ölkədə film istehsalçılarının yerləşməsini təmin edəcək, belə ki, onlar  üçün böyük vergi güzəştləri vəd edilir, həmçinin kino industriyası mütəxəssislərinin ölkəyə gəlmə prosedurunu asanlaşdırmaq üçün xüsusi vizaların verilməsi nəzərdə tutulacaq. "Əgər müqayisə etməyə icazə versəniz, biz Avropa Hollivuduna çevrilməyə çalışırıq", - deyə baş nazir qeyd edib.
"İnformasiya - əyləncə platformaları milyonlarla insanın yeni bir reallığa baxdığı bir pəncərə halına gəldi", - Sançes əlavə edib.
Demək, bu pəncərədən boylanmaq hədər olmaz.
Qeyd edək ki, İspaniya kinematoqrafında ən məşhur olanı “Barselona - Kataloniya məktəbi” və “Madrid komediyaları”dır. Ən məşhur ispan rejissorları isə Xaume Balaqiro və Manço Armandarisdir. İspaniyada Pornofilm industriyası da çiçəkıənib və dünyaca məşhur pornoulduz Naço Videlin adı sərhədləri aşıb.
Amma, ümidliyik ki, İspaniya Avropa Hollivuduna çevrilərsə, orada pornofilm indusyriyası əsla dominantlıq eləyə bilməyəcək.