Milli Kino Mükafatının builki sahibinin adı açıqlandı

Rate this item
(0 votes)

Xəbər versiyimiz kimi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı geniş iclas keçirib. İclasda  Milli Kino Mükafatı ilə bağlı məsələyə də baxılıb.
İttifaqın İdarə Heyətinin yekdil qərarına görə tanınmış kinooperator, Əməkdar incəsənət xadimi Rafael Qənbərov Milli Kino Mükafatına layiq görülüb.
Rafael Əli oğlu Qəmbərov 1947-ci ildə Rusiya Feserasiyasının Qroznı şəhərində dünyaya gəlib,  kinooperator və fotoqrafdır, Azərbaycan Fotoqraflar Birliyinin sədri olub. Azərbaycanın əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatıdır (1981), 2018-ci ildən Prezident təqaüdçüsüdür.
“Dantenin yubileyi”, “İstintaq”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət” kimi sevilən filmlərdə əmək qoyub.
Milli Kino Mükafatı 2012-ci ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin qərarı ilə təsis edilib və Azərbaycanda ən yüksək kino mükafatıdır. Mükafatın məbləği 2 min manatdır.
Mükafat qalibə 2 avqust Milli Kino Günündə təqdim ediləcək.